Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (17-12-2014, 10:02)
Azərbaycan güləşinin ən yaxşıları müəyyənləşdi

Azərbaycan Güləş Federasiyası il ərzində fərqlənənləri açıqladı

 

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən verilən məlumata görə, güləş idmanı üzrə 2014-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Mərasimdə AGF rəsmiləri, yığma komandaların üzvləri, idmançılar və məşqçilərlə yanaşı, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, eləcə də KİV nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən AGF baş katibi Əjdər Cəfərov güləşçilərimizin 2014-cü ili uğurla başa vurduqlarını bildirib:
“Güləşçilərimizin bu il qazandığı nailiyyətlərə nəzər saldıqda medalların keyfiyyətində nəzərəçarpacaq artım müşahidə edilir. Belə ki, əgər güləşçilərimizin ötən il qazandığı medallardan 92-si qızıl idisə, bu il qızıl medalların sayı 102-yə yüksəlib”.
Sonra il ərzində qazandığı nailiyyətlərə görə “İlin ən yaxşı idmançısı”, “İlin ən yaxşı məşqçisi” və “İlin ən yaxşı hakimi” nominasiyalarında qaliblərin adları açıqlanıb.
İlin ən yaxşı idmançısı
Sərbəst güləş üzrə  - Hacı Əliyev (Böyüklər arasında Dünya və Avropa çempionu)
Yunan-Roma güləşi üzrə - İslam Abbasov (Gənclər arasında Dünya və Avropa çempionu)
Qadın güləşi üzrə - Səbirə Əliyeva (Gənclər arasında Dünya çempionu)
İlin ən yaxşı məşqçisi
Sərbəst güləş üzrə - Əsgərxan Novruzov (gənclərdən ibarət yığma komandanın böyük məşqçisi)
Yunan-Roma güləşi üzrə - Şaban Donat (gənclərdən ibarət yığma komandanın böyük məşqçisi)
İlin ən yaxşı hakimi
Beynəlxalq dərəcəli hakim – Sədi Quliyev (Yeniyetmələrin II Olimpiya Oyunları)
шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024