Naxçıvan Muxtar Respublikası Futbol Federesiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
Mediatv.az xəbər verir ki, Federasiyanın sədr müavini Sakit Rzayev federasiyanın ötənilki fəaliyyəti barədə ətraflı məlumatı diqqətə çatdırıb.
Hesabat-seçki yığıncağında federasiyanın yeni sədri ictimaiyyətə təqdim olunub. Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri, “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov Naxçıvan Futbol Federasiyasının sədri seçilib.