İdman (15-11-2014, 23:28)
“Barselona“ Bakıda
Ölkəmizdə ilk dəfə olaraq İspaniyanın "Barselona" klubunun düşərgəsi Bakıda fəaliyyətə başlayacaq
ANS PRESS-in məlumatına görə, düşərgə "İnter" klubunun nəzdində, "İnter Arena"da açılacaq.
Fiziki hazırlığından asılı olmayaraq, 6-16 yaş arasında istənilən uşaq "Barselona"nın düşərgəsində iştirak edə biləcək. Düşərgənin açılış mərasimi və mətbuat konfransı noyabrın 17-i, saat 15.00-da "İnter Arena"da keçiriləcək. Tədbirdə Barselona Futbol Klubu Akademiyasının koordinatoru Fredi Martin, məşqçilər Serj Pi və Andreu Rerarols, həmçinin, "İnter"in vitse-prezidenti Müzəffər Novruzəliyev iştirak edəcək.
Qeyd edək ki, UEFA lisenziyalı bu məşqçilərin 15 ildən artıq məşqçi təcrübəsi, futbol üzrə magistr dərəcəsi var. Konfransda qonaqlar Azərbaycanda "Barselona"nın düşərgəsi haqda danışıb, jurnalistlərin suallarını cavablandıracaq və bu layihə haqda ətraflı məlumat verəcəklər.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025