İtaliyanın “Fiorentina” klubunun gənclərdən ibarət komandasının baş məşqçisi Alberto Akvilani koronavirusa yoluxub.

Mediatv.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 36 yaşlı mütəxəssisin koronavirus testinin müsbət çıxdığı bildirilib.

Akvilani 2020-ci ilin avqustundan “Fiorentina”nın U-19 komandasını çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv ötən il İtaliya kubokunu qazanıb.

Akvilani futbolçu karyerası ərzində İtaliyada “Roma”, “Yuventus”, “Sassuolo”, “Fiorentina”, “Milan”, “Peskara”, İngiltərədə “Liverpul”, Portuqaliyada “Sportinq” kimi klublarda çıxış edib.