İdman (24-10-2014, 20:46)
Qovulan direktorun fəaliyyəti barədə- Cahangir Hacıyevdən göstəriş
Son günlərin ən çəkişməli klubu “İnter”dir. Direktor Natiq Məmmədov, menecer Sərxan Həsənov və Fərəc Əliyev işdən uzaqlaşdırılıb.
“Mediatv.az” sportinfo.az-a istinadən xəbər verir ki, baş məşqçi Kaxaber Sxadadzenin qəzəbinə tuş gələn, prezident Georgi Nikolovu hövsələdən çıxaran bu ekip barədə məlumat vermişdik. Onların əmri Cahangir Hacıyevdən gəlib. Baş bankir sözügedən klub rəsmiləri barədə informasiyaları alandan sonra çox düşünmədən işdən kənarlaşdırmalarına razılıq verib.
Hazırda “İnter”də ciddi araşdırma gedir.
Keçmiş direktorun klubdan qovduğu şəxslər sorğu-suala cəlb olunub, onlardan şikayət məktubu yazmaları istənilib. Həmçinin Natiq Məmmədovun bura gətirdiyi işçilərin siyahısı tutulur. İslahatların ikinci mərhələsi birbaşa həmin kəsləri “vuracaq”. Bu bilgilər Hacıyevin stolunun üstünə qoymaq üçün lazımdı.
