İdman (19-10-2014, 20:56)
“Məşqçilikdən bezmişəm, direktor olmaq istəyirəm”- Foqts
Azərbaycan milli futbol komandasının keçmiş baş məşqçisi Berti Foqts Almaniya çempionatına qoşulmaq fikrindədir.
“Mediatv.az” xəbər verir ki, bu barədə musavat.com Rusiyanın “Vesti.ru” agentliyinə istinadən xəbər verib.
67 yaşlı məşqçi Almaniyanın “Bild” qəzetinə deyib:
“Məşqçi kimi hər gün yaşıl meydana çıxmaqdan bezmişəm. İndi daha çox futbol klublarının birində direktor, menecer və bu kimi işlərin birində çalışmaq istərdim. Almaniyadamı? Niyə də yox”!
Agentlik xatırladır ki, oktyabrın 16-da İsveçrənin Sürix şəhərində AFFA prezidenti Rövnəq Abdullayevlə görüşdən sonra o, istefa verib.
2008-ci ilin yazından Azərbaycan yığmasının baş məşqçisi olan Berti Foqts bu günlərdə təəssüflə bildirmişdi ki, artıq Azərbaycan milli komandasında gələcəyini görmür. O, Azərbaycanda 6 il baş məşqçi kimi çalışıb.
