Mediatv.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi fransalı hücumçunun bu yay başa çatmalı olan sözləşməsinin müddətini daha 1 il uzadıb.
"Zadəganlar"ın baş məşqçisi Frenk Lempardın planlarına daxil olmayan 34 yaşlı forvardın satılmamasına səbəb əvəzinə yeni oyunçu alına bilməməsi olub.
Qeyd edək ki, Fransa millisinin də aparıcı üzvü olan Olivye Jiru 2018-ci ilin qışından "Çelsi"nin formasını geyinir.