İdman (21-04-2020, 11:27)
Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olundu
Azərbaycan millisinə baş məşqçi axtarışında olan AFFA yeni çalışdırıcının kimliyini müəyyənləşdirib.
Mediatv.az-ın məlumatına görə, assosiasiya rəhbərliyi namizədlərdən imtina edərək, sabiq çalışdırıcı Robert Prosineçki ilə anlaşıb.
Türkiyə mətbuatı "Kayserispor"un baş məşqçisinin mövsüm bitdikdən sonra yığmamızın sükanı arxasına keçəcəyini iddia edib. Bildirilir ki, Kayseri klubunun maddi cəhətdən durumunun yaxşı olmaması xorvatiyalı mütəxəssisin ayrılmaq qərarını şərtləndirib. Prosineçki hazırkı durumda "Kayserispor"la uğur qazana bilməyəcəyini başa düşür. Həmçinin maliyyə problemi ilə üzləşən Super Liqa təmsilçisi də onun gedişinə mane olmayacaq.
Hələ ötən ilin oktyabrında Prosineçki ilə ilk təması quran AFFA rəhbərliyinin budəfəki təklifi çalışdırıcının ürəyincə olub. 51 yaşlı mütəxəssis Türkiyədə mövsüm bitdikdən sonra Bakıya gəlməyi müsbət cavablandırıb.
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. Nikola Yurçeviçin istefasından sonra boş qalan posta 6 namizədin - Canni De Byazi, Abdullah Avcı, Ərsun Yanal, Luici Di Byaco, Çezare Prandelli və Eusebio Di Françeskonun adı hallanırdı.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024