Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (7-10-2019, 16:00)
Türkiyədə müzakirələrə səbəb olan azərbaycanlı şərhçi: Fikrət Ormandan pulları soruşmurdum

“Beşiktaş”ın İngiltərənin “Vulverhempton” komandasına İstanbulda 0:1 hesabı ilə uduzduğu oyunu Rusiyanın “Matç TV” telekanalı üçün şərh edən azərbaycanlı jurnalist Elvin Kərimovun sözləri Türkiyədə müzakirələrə səbəb oldu.
Onun türkcə azarkeşin “Beşiktaş”ın prezidentindən hesabatını – “Fikret Orman, paralar nerede?” (“Fikrət Orman, pullar hardadır?”) sualını canlı yayımda təkrarlaması maraqla qarşılandı.
“Ajansspor” məsələ ilə bağlı Elvin Kərimovun fikirlərini öyrənib.

Kərimov rus olmadığını, azərbaycanlı olduğunu və sadəcə, “Beşiktaş” azarkeşlərinin tribunada çağırışını təkrarladığını bildirib:
“Dəyərli futbolsevərlər. Mən azərbaycanlıyam. Rusiyada yaşayıram. Ancaq Türkiyə futbolunu 2000-ci ildən bəri sevirəm və bütün matçlarla bərabər, proqramları izləyirəm. İdman qəzetlərini də oxuyuram. Mən Moskvada “Matç TV” telekanalında futbol şərhçisiyəm. Bütün Türkiyə komandalarının matçlarının Rusiyada şərhçiliyini mən edirəm
“Beşiktaş” – “Vulverhempton” matçında canlı yayımda söylədim: “Beşiktaş” azarkeşi bütün matçlarda “Fikret Orman, paralar nerede” deyə qışqırırlar. Sonra rus dilinə o cümləni tərcümə etdim. Sadəcə, bu mövzunu tamaşaçılara izah etdim. Mən bilmirdim ki, Türkiyədə sözlərim müzakirələrə səbəb olacaq.
Mən oyunun fasiləsində “Twitter”ə girdim və gözlərimə inana bilmədim. Mənə Türkiyədən mesajlar gəlirdi. Ancaq insanlar mənim sözlərimi başa düşməmişdi. Mən mövzunu izah etdim, Fikrət Ormandan pulları soruşmadığımı dedim. Ancaq o cümləni eşidincə insanlar şoka düşmüşdü.
“Twitter”də bəzi insanlar mənim Fatih Terimlə fotomu görüb fikirləşdilər ki, “Qalatasaray”lıyam və “Beşiktaş”ı sevmirəm. Ona görə də bu sözləri canlı yayımda söylədim. Bəli, mən “Qalatasaray”lıyam. Ancaq avrokuboklarda bütün Türkiyə komandalarını dəstəkləyirəm. Və Türkiyə milli komandasını sevirəm. Və “Beşiktaş” uduzanda mən həqiqətən məyus oldum.
Türkiyə futbolu mənim həyatımdır. Oktyabrın sonunda Trabzona gedəcəyəm. “Trabzonspor” – “Krasnodar” matçını Rusiya üçün şərh edəcəyəm. Bütün Türkiyə komandalarına ürəkdən uğurlar arzulayıram”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024