İdman (4-10-2019, 09:30)
İranda Azərbaycan bayrağı ilə bağlı qalmaqal

Mediatv.az xəbər verir ki, oktyabrın 2-də İranda Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of Iran” velosiped yarışı başlayıb. I mərhələsi Təbrizdə start götürən veloturda Azərbaycan yığma komandası da iştirak edir.
Təqdimat mərasimi bizim üçün xoş olmayan hadisə ilə yadda qalıb. Belə ki, yarışda iştirak edən ölkələrin bayraqları içərisində Azərbaycan bayrağına nədənsə yer tapılmayıb.
Belə olduqda nümayəndə heyətimizin rəhbəri, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov Azərbaycan bayrağı tribunaya gətirilməyincə tədbirə qatılmayacaqlarını bildirib. Məhz bu tələbdən 40 dəqiqə sonra bayrağımız iştirakçı ölkələrin bayraqları ilə yanaşı qaldırılıb və həm komandamız, həm də nümayəndə heyətimiz təqdimat mərasimində iştirak edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025