Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (18-01-2019, 20:30)
Tutulduğu deyilən vitse-prezident federasiyadan qovulub

 Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti Aydın Əhmədov 10 milyon manat dəyərində dələduzluqda ittiham edilir.
Mediatv.az xəbər verir ki, o bir neçə gündür Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarətə götürülüb.
Əldə olunan məlumata əsasən, A.Əhmədov sözügedən məbləği bir neçə insandan alıb və qaytarmayıb. Buna görə də ona pul verən şəxslər haqqında şikayət ediblər. Bu səbəbdən araşdırmalar aparılıb və nəticədə A.Əhmədov gözaltına alınıb. Faktla bağlı araşdırmalar davam edir.
Məsələ ilə bağlı olaraq Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarovla əlaqə saxladıq. O bildirib ki, Aydın Əhmədovu artıq federasiya ilə hər hansısa bağ bağlamır:
“Bildiyiniz kimi, o, apreldə bizim federasiyada vitse-prezident təyin olunmuşdu. Lakin biz bir neçə peşəkar döyüş keçirdik. Ancaq o, həmin döyüşlərə gəlmədi. Onun yerinə bütün işləri mən görməli oldum. Hələ onda hiss edirdim ki, onun problemləri var.
Mən də federasiyamızın prezidenti Adil Əliyevə bunları bildirdim. Hardasa iki ay olar ki, mən və digər vitse-prezidentimiz Nadir Əzizov istisna olmaqla, bütün İdarə Heyəti istefaya göndərilib. Fevralın əvvəllərində yeni İdarə Heyətinin seçkisi keçiriləcək.
Onun rəhbəri olduğu “Yuro Fayt” (Euro Fight) klubunun fəaliyyətinə də son qoyulub. Həmin klubda baş məşqçi olan Eduard Məmmədova demişdim ki, həmin uşaqları yığıb başqa adla klub yaratsın”.
Tanınmış kikboksçumuz Eduard Məmmədov isə saytımıza bu klubun əvəzinə üç il əvvəl yaratdığı, daha sonra bir müddət fəaliyyətinə ara verdiyi özünün “Ağ Canavar” adlı komandasında fəaliyyət göstərdiyini bildirib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024