İdman (26-01-2018, 14:30)
Dopinq vasitələrinin istifadəsinə qarşı cəza sərtləşdirilir
Azərbaycanda idmanda dopinq vasitələrinin istifadəsinə qarşı cəza sərtləşdiriləcək.
Mediatv.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsinin yanvarın 26-da keçirilən iclasında komitə sədri Fuad Muradov deyib.
Komitə sədri bildirib ki, bununla bağlı “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında” qanuna əlavələr edilməlidir:
“Ümumi təkliflər paketi var. Bura İnzibati və Cinayət məcəllərinə dəyişiklik də daxildir. Bu məsələ Gənclər və idman komitəsinin yaz sessiyasının qanunverici işlər planına daxil edilib”.
O deyib ki, Azərbaycanda MM üzvlərinin iştirakı ilə beynəlxalq futbol turniri keçiriləcək və yarışa bir neçə ölkənin nümayəndələri qatılacaq:
“Turnirin fevralın 9-10-11-də keçirilməsi planlaşdırılır”.
