Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman / Cəmiyyət (1-07-2017, 21:03)
IV İslam Həmrəyliyi Oyunlarına 12 min polis cəlb edilib

IV İslam Həmrəyliyi Oyunlarına 12 min polis cəlb edilib

 

“IV İslam Həmrəyliyi Oyunları ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb edilən daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə 2017-ci ilin yanvar ayında Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb”

Mediatv.az Oxu.Az-a istinaden verir ki, bunu daxili işlər naziri Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Bildirib ki, bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olub: “Onlardan da 252-si qadın əməkdaşlarımız idi. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin edilirdi. Yol hərəkətinin təşkili üzrə fəaliyyət çərçivəsində paytaxtda 8 mindən çox yeni yol nişanı və 35 işıqfor quraşdırıldı, küçə və yollarda 2,1 milyon poqonmetrdən çox cizgiləmə işləri aparıldı. Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edildi. Hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyasını yerinə yetirən 267 kamera quraşdırıldı. Asayişin qorunmasında iştirak edəcək əməkdaşların professional hazırlığının, o cümlədən etik davranış səviyyəsinin daha da yüksəldilməsi, əcnəbilərlə rahat ünsiyyət qurmaq bacarığına yiyələnməsi məqsədilə onlar üçün xüsusi treninqlər təşkil edildi”.

O da məlum olub ki, I Avropa Oyunları ərəfəsində alınmış 3000 radiostansiya, 1000 metal detektor, 700 planşet, 500 bort-kompüter, 300 videoqeydiyyat qurğusu və 330 “İPatrol” mayak, habelə “BMW” və “Mercedes” markalı 837 xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə edilib.

шаблоны для dle 11.2

Xəbər lenti
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024