Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (21-05-2014, 10:48)
“Şokdayam, axı hamilə olmamışam”

Valeriya Korotenko haqqında yayılan xəbərlərə münasibət bildirib

 

Yerli mətbuatda xəbər yayılıb ki, azərbaycanlı voleybolçu Valeriya Korotenko bətnindəki körpəsini itirib. Ancaq bu məlumat həqiqəti əks etdirmir.
Milli.Az xəbər verir ki, bu barədə Lady Day.Az-a açıqlamasında Valeriya özü bildirib. 
"Bu məlumatdan şok olmuşdum. Mən heç bilmirdim, həyat yoldaşım zəng vurdu, dedi. Bu gün yoldaşımın, valideynlərimin və dostlarımın telefonları susmayıb. Onlar heyrətləniblər və narahat olublar. Axı hadisələrin əsl mahiyyətini bilirlər", - o əlavə edib. 
Voleybolçu xanım bildirib ki, artıq uzun illərdir ki, ailə qurub. Ancaq ana olmaq hələ ona qismət olmayıb. 
"Hər bir qadın kimi mən də övlad arzusundayam. Hələ ana olmaq xoşbəxtliyi mənim qapımı döyməyib. Ancaq hər şey irəlidədir. Əgər hamilə olmamışamsa, övladımı necə itirə bilərəm? Bu xəbər məni özümdən çıxardı. Hamıya demək istəyirəm ki, mənim şəxsi həyatım toxunulmazdır. Mənim həyatımda baş verənlərin heç kimə dəxli yoxdur. Hamilə olmağım, övlad sahibi olmağım yalnız mənə və ailəmə aiddir. Heç kimə icazə vermərəm ki, mənim şəxsi həyatımı müzakirə mövzusuna çevirsin. Başa düşmürəm ki, bu xəbər haradan çıxıb. İdmançı karyeram ərzində ilk dəfədir ki, belə hadisə baş verir", - o qeyd edib. 
шаблоны для dle 11.2

Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024