İdman (15-03-2017, 09:15)
Çempionlar Liqasında daha iki 1/4 finalçı bəlli oldu
Ötən gecə UEFA-nın Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.
Mediatv.az xəbər verir ki, həmin oyunlar nəticəsində 1/4 finalın daha iki iştirakçısının adı məlum olub.
İtaliya çempionu "Yuventus" öz meydanında "Portu"nu qəbul edib. Portuqaliyada keçirilən ilk oyunda 2:0 hesabı ilə qalib gələn "Yuventus" bu dəfə də rəqibindən üstün olub - 1:0.
İngiltərə Premyer Liqasının son qalibi "Lester" öz meydanında "Sevilya"ya 2:0 hesabı ilə qalib gəlib. İspaniyada keçirilən ilk görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanmışdılar.
14 mart
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
23:45. “Yuventus” (İtaliya) - “Portu” (Portuqaliya) - 1:0
İlk oyun - 2:0
23:45. “Lester” (İngiltərə) - “Sevilya” (İspaniya) - 2:0
İlk oyun - 1:2
15 mart
23:45. “Monako” (Fransa) - “Mançester Siti” (İngiltərə)
İlk oyun - 3:5
23:45. “Atletiko” (İspaniya) - “Bayer Leverkuzen” (Almaniya)
İlk oyun - 4:2
8 mart
“Barselona” (İspaniya) - PSJ (Fransa) 6:1
İlk oyun - 0:4
“Borussiya” (Dortmund, Almaniya) - “Benfika” (Portuqaliya) 4:0
İlk oyun - 0:1
7 mart
“Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya) - 1:5
İlk oyun - 1:5
“Napoli” (İtaliya) - “Real” (İspaniya) - 1:3
İlk oyun - 1:3
