İdman (14-10-2016, 19:20)
Biletlərin satışa çıxacağı tarix açıqlandı – “Qarabağ” – “PAOK”
Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər
Mediatv.az xəbər verir ki, Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanın PAOK klubunu qəbul edəcək.
“Report”un klubun saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın biletləri oktyabrın 17-si saat 12:00-dan etibarən satışa çıxacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
1-7 və 22-27 nömrəli sektorlar – 1 AZN
8-10 və 19-21 nömrəli sektorlar – 2 AZN
11,12 və 17, 18, 29, 38 nömrəli sektorlar – 5 AZN
13 və 16 nömrəli sektorlar – 10 AZN
14 və 15 nömrəli sektorlar – 20 AZN
VİP – 50 AZN
Qeyd edək ki, “Qarabağ” – PAOK matçı oktyabrın 20-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq
