Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (25-08-2016, 09:14)
Avropa Liqası: “Qarabağ” və “Qəbələ” cavab oyunlarına çıxacaqlar

326ca0e566b8601f601cf4445773cfab

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçiriləcək.

Mediatv.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” yarışın qrup mərhələsinə yüksəlmək üçün mübarizə aparacaq. Ağdamlılar səfərdə minimal hesabla (0:1) məğlub olduqları “Höteborq”la bu dəfə Bakıda üz-üzə gələcək.

Qurban Qurbanovun yetirmələri ardıcıl iki il əldə etdikləri uğuru bu dəfə də təkrarlamağa çalışacaqlar. Son iki mövsümdə olduğu kimi bu dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində dayanan və mübarizəni ikinci dərəcəli turnirdə davam etdirən “Qarabağ” doğma azarkeşlər önündə qələbə sevinci yaşamaq istəyir. “Qarabağ” qələbə qazansa, Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətinin müəllifi olacaq.

Azərbaycan çempionatının bürünc medalçısı “Qəbələ” də qrup mərhələsində çıxış etmək üçün mübarizə aparacaq. İlk matçda öz meydanında “Maribor”a 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” səfərə üstünlüklə yollanıb. Roman Qriqorçukun yetirmləri ardıcıl ikinci dəfə əsas mərhələdə çıxış etmək üçün Sloveniyadan sərfəli nəticə ilə dönməlidir. Cari mövsüm keçirdiyi bütün avrokubok matçlarında qol sevinci yaşayan “Qəbələ”nin səfərdə də qol vuracağı gözləniləndi. Daim hücum futbolu ilə diqqət çəkən komandamız hətta səfər matçlarında da üslubunu dəyişmir. “Qəbələ” tarix yazmağa da çox yaxındı. “Qırmızı-qaralar” üstünlüyünü qorusa, ardıcıl iki dəfə 4 mərhələ adlamaqla tarixə düşəcək.

Avropa Liqası
Pley-off, cavab oyunu
25 avqust

20:30. “Qarabağ” – “Höteborq” (İsveç)
Baş hakim: Vladislav Bezborodov
Bakı. T. Bəhramov adına Respublika stadionu

22:15. “Maribor” (Sloveniya) – “Qəbələ”
Baş hakim: Viktor Kaşşai
Maribor. “Lyusdki Vrt” srtadionu

(Apasport.az)

шаблоны для dle 11.2

Xəbər lenti
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024