Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (10-07-2016, 13:14)
Bu gün AÇ-2016-nın final matci oynanilacaq: Portuqaliya – Fransa

avro2016

Bu gün AÇ-2016-nın final matçı oynanılacaq. Apasport.az saytının məlumatına görə, turnir Portuqaliya – Fransa matçı ilə yekunlaşacaq.

Mediatv.az xəbər verir ki, sayca 15-ci qitə çempionatı olan budəfəki yarışın qalibi həm də tarixə düşmüş olacaq. Belə ki, Portuqaliya yığması qələbə qazansa, ilk dəfə qızıl medalları əldə edəcək. Bununla da pireneylilər Avropa çempionları sırasına daxil olacaq. İndiyədək buna 9 yığma nail olduğundan Fernandu Santuşun yetirmələri 10-cu Avropa çempionu olacaq.

Fransanın qalib gələcəyi təqdirdə isə “xoruzlar” rekorda ortaq olacaqlar. Tarixində iki dəfə final oynayan (1984, 2000) fransızlar hər iki halda kuboku başı üzərinə qaldırıb. Bu dəfə də eyni hal yaşansa, Didye Deşamın yetirmələri Almaniya və İspaniya kimi tarixində 3-cü dəfə bu sevinci yaşayacaqlar.

Ümumilikdə isə Fransa və Portuqaliya milliləri tarixdə 25-ci dəfə üz-üzə gələcəklər. Aşkar üstünlüyə malik meydan sahibləri son 10 qarşılaşmada qələbə qazanıb. Avropa çempionu olduğu hər iki yarışın yarımfinalında əlavə vaxtda qalib gələn “üçrənglilər” uğurlu seriyaya davam, portuqaliyalılar isə son vermək niyyətindədi.

Avropa çempionatı
Final
10 iyul

23:00. Portuqaliya – Fransa

Baş hakim: Mark Klattenburq

Sen-Deni. “Stad de Frans”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
15 05 2025