Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (16-06-2016, 12:09)
Dünya çempionu Bakıdakı Formula-1 yollarını bəyənmədi

Lewis-Hamillton

Levis Hamilton: “Bakıdakı Formula-1 yolları mənə yaxşı təsir bağışlamadı”

Mediatv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu şok açıqlamanı, “Mersedes”in heyətində mübarizə aparan dünya çempionu Levis Hamilton deyib. O,  “Yeni prospekt yollarının Monako kimi klassiklərə bənzəməməsindən” xəyal qırıqlığı yaşadığını ifadə edib.

Etirazını qabarıq şəkildə ifadə edən Levis Hamilton bildirib: “Həqiqətən nə deyəcəyimi bilmirəm. Bir başqa yeni yol. Olduqca dar olan yeni bir yer və uzun bir düzlük var. Həqiqətən deyəcək başqa sözüm yoxdur. Yeni yolları Monakodakı kimi düzəltmirlər. Səbəbi nədir bilmirəm, amma ortada bir həqiqət var ki, yeni yolları əvvəlki kimi düzəltmirlər, ya da ki, düzəltmək istəmirlər. Bəzi yerləri olduqca geniş, az qala magistral yol halına salınıb”, deyə dünya çempionu etirazını açıq şəkildə bəyan edib.

Bununla belə dünya çempionu sonda yarışın maraqlı keçməsini arzu etdiyini də deməyi unutmayıb.

Digər bir dünya çempionu Sebastian Vettel isə yollar haqqında fikrini yarışlardan sonra deyəcəyini bildirib.

шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024