Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (7-03-2016, 11:49)
Cüdoçularımızdan 1 qızıl, 3 bürünc medal

 

Perunun paytaxtı Limada cüdo üzrə Panamerikanın açıq çempionatına yekun vurulub. 

Mediatv.az report-a istinadən bildirir ki, Azərbaycan milli komandası 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışı 4 medalla tamamlayıb.

İkinci yarış günündə 81 kq çəki dərəcəsindəki Əbdülhəqq Rəsullu tatami sahibi Danil Vizkarra və ABŞ cüdoçusu Şintaro Hiqaşini məğlub etsə də, yarımfinalda liviyalı Nacif Eliasa uduzaraq, bürünc medal uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə Türkiyə təmsilçisi Əmirxan Yücel ilə qarşılaşan Rəsullu qələbə qazanaraq, mötəbər turnirin bürünc medalına sahib olub.

 

Bununla da Azərbaycan millisi Panamerikanın açıq çempionatında 1 qızıl, 3 bürünc medala sahib olub. Yarışın ilk günündə millinin aktivinə Vüqar Şirinli (60 kq) qızıl, Elburus Zamanov (60 kq) və Aişə Qurbanlı (48 kq) bürünc medal yazdırıb.

Qeyd edək ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Tural Səfquliyev 5-ci olub. Digər iki cüdoçu - Hüseyn Rəhimli (81 kq) və Şahin Qəhrəmanov (90 kq) isə mübarizəni erkən dayandırıb. Ümumi komanda hesabında Azərbaycan millisi 49 ölkə arasında 5-ci yeri tutub. 

шаблоны для dle 11.2

Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024