İdman (26-02-2016, 14:46)
FİFA-nın yeni prezidenti seçilir
Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti prezidenti seçkisi keçiriləcək.
Mediatv.az-ın məlumatına FİFA-nın Növbədənkənar Konqresində prezidentlik vəzifəsi uğrunda 5 nəfər mübarizə aparacaq.
Bunlar İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan və Cənubi Afrikadan olan iş adamı Tokyo Seksvaledir. Səsvermə hüququ FİFA-ya üzv 209 milli assosiasiyadan 207-nə verilib. Küveyt və İordaniya isə bu hüquqdan məhrum edilib.
Birinci turda qalib olmaq üçün səslərin 2/3 hissəsini, növbəti turlarda isə 50 faizdən 1 səs çox yığmaq lazımdır. Yeni prezident 4 il müddətinə seçiləcək.
Qeyd edək ki, konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025