Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (16-02-2016, 16:49)
“Hesab 1:1 olsaydı, hakimin qərarına reaksiyamız belə olmazdı”

 

“Hakim də insandı, səhv edə bilər. O təkdi, biz çoxuq. Amma bu, belə səhvə yol verməyə haqq qazandırmır”.

 

Mediatv.az xəbər verir ki, bunu apasport.az saytına “Zirə”nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə deyib.

 

Topaz Premyer Liqasının XXI turunun “Zirə” – “Rəvan” matçı kobud hakim səhvi ilə yadda qalıb.

 

Belə ki, görüşün son saniyələrində sürətli əks-hücuma keçən ev sahiblərində Təmkin Xəlilzadə meydanın mərkəzindən qapıçı ilə üzbəüz qalsa da, baş hakim İnqilab Məmmədov ofsayd qeydə alıb və dərhal qarşılaşmanı başa çatdırıb. Lakin ötürmə anında Təmkin mərkəz xətdən geridə olub. Bir sözlə, laynsman Mübariz Haşımovun yanlışlıqla bayrağını qaldırması “Zirə”nin, bəlkə də, qolunu əlindən alıb.

 

Xəlilzadə matçı qələbə ilə başa vurduqlarından, bu səhvin üstündə çox durmadıqlarını söyləyib: “Həmin vaxt laynsman bayrağı qaldırdı, baş hakim də oyundankənar vəziyyət qeydə aldı. Ancaq epizoda yenidən baxdıqda ofsaydda olmadığımı görmək olar. Əlbəttə ki, həmin anda hesab 1:1 olsaydı və referi belə bir qərar versəydi, məyus olardıq. Onsuz da, kifayət qədər qol epizodlarını dəyərləndirə bilməmişdik. Elə şansları boşa verdik ki, xal itirsəydik, çox üzülərdik. Düzdü, məşqçilərimiz bizə tapşırırlar ki, çalışın, hakimlərlə dialoqa girməyin. Ancaq təsəvvür edin ki, hesab 1:1-di və bizim 3 oyunçumuzun qola getdiyi epizodda hakim yanlış ofsayd qeydə alır. Təbii ki, hesab bu cür olsaydı, başqa cür etiraz edərdik, reaksiyamız belə olmazdı. Hakimlər də gərək diqqətli olsunlar. Çünki bəzən belə bir səhv oyunun taleyini həll edə bilər”.

 

23 yaşlı futbolçu “Rəvan” üzərində qazanılan çətin qələbə barədə də fikirlərini bildirib: “Rəvan” sonuncu yerdə qərarlaşmasına baxmayaraq, sıradan komanda deyil. “Xəzər Lənkəran”dan, “Neftçi”dən xal almışdı. Üçüncü dövrədə bizimlə matça qədər uduzmamışdı. Ancaq evdə oynadığımızdan, meydana yalnız 3 xal üçün çıxmışdıq. Görüşün sonlarında top buraxsaq da, özümüzdə güc tapıb qələbə qolunu vura bildik. Amma oyun çox ağır keçdi. Ümumiyyətlə, “Zirə”də yaxşı kollektiv yaradılıb. Baş məşqçi hamıya şans verməyə çalışır. Legionerlərimizin sayı da az deyil. Fikrimcə, “Zirə”də oynamaq hamımız üçün bir şansdı”.

 

Qeyd edək ki, “Rəvan”a 2:1 hesabı ilə qalib gələn “Zirə” 21 turdan sonra aktivindəki 38 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024