Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (12-02-2016, 17:35)
AFFA-ya 1 milyon avro ayırıldı

2016-cı il mayın 5-dən 21-dək ölkəmiz 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək.

Mediatv.az xəbər verir ki, bu çempionat UEFA və AFFA tərəfindən təşkil olunacaq. Turnir ərzində oynanılacaq 31 qarşılaşma paytaxtda yerləşən Bakı Olimpiya Stadionu, “Bakcell Arena”, “Dalğa Arena” və Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Çempionatın rəsmi püşkatma mərasiminin aprelin 8-də Bakıda keçirilməsi nəzərdə tutulub.

Yeniyetmələr arasında Avropa çempionatı ilk dəfə 1980-ci il təşkil olunub. 2000-ci ilədək çempionat 16 yaşadək futbolçular arasında, 2001-ci ildən etibarən isə 17 yaşadək futbolçular arasında keçirilir. Müxtəlif illərdə Luiş Fiqu, Tyeri Anri, Ueyn Runi, Kriştianu Ronaldo, Mario Götze, Toni Krus və Jerar Pike kimi futbol ulduzları məhz bu çempionatda karyeralarının ilk addımlarını atıblar. Bunu nəzərə alaraq, gələcəyin hansısa dünya miqyaslı futbol ulduzunun Azərbaycanda keçiriləcək çempionatda parlaması ehtimalı yüksəkdir. 2015-ci ildə U-17 Avropa çempionatı Bolqarıstanda keçirilib və turnirin qalibi Fransa yığma komandası olub.

Məlumat üçün qeyd edək ki, 2015-ci ilədək çempionat 8, ötən ildən etibarən isə 16 komanda arasında keçirilir. Çempionatın maliyyə tərəfinə gəldikdə isə, komandaların, hakimlərin, UEFA nümayəndələrinin və digər rəsmi şəxslərin Bakıda müvafiq oteldə yerləşdirilməsi və yemək xərcləri UEFA tərəfindən ödəniləcək, ümumi təşkilati işlərin görülməsi üçün isə AFFA-nın Yerli Təşkilat Komitəsinə UEFA tərəfindən bir milyon avroya qədər pul vəsaiti ayrılacaq. Yerli Təşkilat Komitəsinin gördüyü işlər barədə isə mütəmadi rəsmi məlumat veriləcək.

On yeddi yaşadək futbolçular arasında Azərbaycan yığma komandasının Avropa çempionatının final mərhələsində iştirak edəcəyini nəzərə alaraq, AFFA hamını oyunları stadionlarda izləməyə və yığmamıza dəstək olmağa dəvət edir.

шаблоны для dle 11.2

Xəbər lenti
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024