Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (26-11-2015, 17:35)
Cüdoçumuzdan bürünc medal

Cüdoçumuzdan bürünc medal

 

Cənubi Koreyanın Jeju şəhərində cüdo üzrə QranPriyə start verilib.

Mediatv.az-ın “ sportnet.az”a istinadən yaydığı xəbərə görə, ilk yarış günündə Azərbaycan millisinin 11 təmsilçisindən 3-ü çıxış edib. 

60 kq çəki dərəcəsində yer alan Orxan Səfərov bürünc medal qazanıb. O, tayvanlı Yunq Vey Yanq və ispaniyalı Fransisko Harriqosanı yendikdən sonra 1/4 finalda komanda yoldaşı İlqar Müşkiyevlə qarşılaşıb. Müşkiyev isə bunadək belçikalı Senne Uins və fransalı Valide Xyarı mübarizədən kənarlaşdırıb. İki azərbaycanlı cüdoçunun "duel"indən bu dəfə Səfərov qalib ayrılıb. Lakin o, yarımfinalda monqolustanlı Boldbatar Hanbata uduzub. Nəticədə bürünc medal uğrunda görüşə çıxan 24 yaşlı cüdoçu venesuelalı Havyer Quedsə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Mükiyev isə ilk təsəlliverici görüşdə braziliyalı Erik Takabataka məğlub olaraq, 7-ci yerlə kifayətlənib.

Azərbaycanın digər təmsilçisi, 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə mübarizəyə belçikalı Kennet van Qensbeki məğlub edərək qoşulub. Daha sonra o, macarıstanlı Bens Zamboriyə qalib gəlib. 1/4 finalda Qazaxıstan təmsilçisi Azamat Mukanovla görüşdə Şıxəlizadə rəqibindən üstün olsa da, ciddi zədələnib. Görüşü zədəli davam etdirən 28 yaşlı cüdoçu yarımfinala çıxa bilməyib. Buna görə də o, təsəlliverici görüşə də qatılmayıb və 7-ci yeri tutub.

Qeyd edək ki, Qran Priyə noyabrın 29-da yekun vurulacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024