Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (23-10-2015, 10:41)
"Rəqibin cəhdlərinin qarşısını alırdıq" - "Qarabağ"ın məşqçisindən məğlubiyyət şərhi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində bu gecə Fransa "Monako"suna qarşı keçirdikləri səfər oyununu şərh edib.

Mediatv.az-ın məlumatına görə, o, komandasının 0:1 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:

"Uduzmaq istəmirdik. Amma təəssüf ki, qapımızda qol gördük. Bütün oyun ərzində müdafiədə diqqətli oynamağa çalışdıq. Sadəcə, rəqibin ustalığı müdafiə xəttində səhvə yol verməyimizə səbəb oldu. Nəticədə də qol buraxdıq. Topla yaxşı davranan komandaya qarşı oynamaq çox çətindi. Fikrimcə, biz müdafiədə düzgün oynadıq. Rəqibin cəhdlərinin qarşısını alırdıq. Lakin 90 dəqiqə buna nail olmaq çətindi. "Monako" da ələ düşən yeganə şansdan maksimum yararlandı.

Növbəti oyunumuz da bu komandaya qarşı, amma Bakıda olacaq. Artıq bu rəqibi daha yaxşı tanıyırıq. Öz meydanımızda maksimum nəticə qazanmağa çalışacağıq. Qrupdan çıxmaq üçün sonadək, rəqiblərimizə qarşı layiqli mübarizə aparacağıq. Bu oyunda topa daha çox nəzarət etməyimizə təəccüblənmirəm. Rəqib 70-ci dəqiqədən sonra daha sakit oynamağa başladı. Ona görə də bunda təəccüblü heç nə yoxdu".(Azerisport.az)

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024