Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (21-08-2015, 11:22)
Azərbaycan UEFA reytinqində 3 pillə irəlilədi

Azərbaycan UEFA reytinqində tarixi nailiyyətə imza atıb

 

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra açıqlanan siyahıda ölkəmiz 26-cı pillədə yer alıb.
 
Bu, Azərbaycan futbolu tarixində ən yüksək nailiyyətdi. İndiyədək ən yaxşı halda 28-ci olan ölkəmiz rekordunu 2 pillə ayxşılaşdırıb.
 
Belə uğura dünənki oyunlaradək 29-cu olan Azərbaycanın 3 pilləlik sıçrayışı səbəb olub. Belə irəliləyişin səbəbi isə “Qəbələ” və “Qarabağ”ın uğurlu çıxışıdı.
 
Sonuncular İsveçrədə “Yanq Boyz”a 1:0 hesabı ilə qalib gəlib, hesabımıza daha 0,250 xal qazandırıb. “Qəbələ”nin evdə Yunanıstan “Panatinaikos”u ilə qolsuz heç-heçəsi sayəsində isə 0,125 xal əldə etmişik.
 
Bununla da cari mövsüm yığılan əmsalımız 2,750-yə çatıb. Bunun 1,000 xalını “Qəbələ” qazanıbsa, “Qarabağ” və “İnter” hərəyə 0,750, “Neftçi” 0,250-nin səbəbkarı olub. Nəticədə 5 mövsümü əhatə edən reytinqimiz 13,250-yə yüksəlib. Bu rəqəm isə Azərbaycan futbolu tarixində daha bir rekorddu.
 
Klublarımızın imza atdığı bu rekord 3 ölkəni arxada qoymağa kifayət edib. Bir gündə əldə olunan nəticələr hesabına Bolqarıstan, Sloveniya və Serbiyanı arxada qoymuşuq. Artıq 26-cı olan ölkəmizin növbəti irəliləyişi isə hələlik real görünmür. Çünki 25-ci olan Norveç bizi 3,000 xal qabaqlayır.
 
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 84,427 xal.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025