İdman (23-07-2015, 09:23)
"Qarabağ" növbəti mərhələdə
Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.
Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub. ANS PRESS-in məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" cavab matçına səfərdə çıxıb.
Ağdam klubu Çernoqoriya çempionu "Rudar"ın qonağı olub. İlk oyunda 0:0 hesablı heç-heçəyə razılaşan komandaların cavab oyununda bir qol vurulub. 57-ci dəqiqədə Ansi Aqollinin ötürməsini qola çevirən Reynaldo Silva "Qarabağ"ı III təsnifat mərhələsinə daşıyıb.
Qeyd edək ki, "Rudar" klubu 1920-ci ildə yaradılıb. 95 yaşlı klub indiyədək 2 dəfə Çernoqoriya çempionluğunu və 3 dəfə ölkə kubokunu qazanıb. Avrokuboklarda 15 oyun keçirmiş "Qarabağ"ın rəqibi 3 qələbə qazanıb, 4 heç-heçə edib və 8 dəfə məğlub olub (top fərqi - 12:24). Komandaya Mirko Mariç başçılıq edir.
Azərbaycanın son çempionu "Qarabağ" klubu
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
22 iyul
Rudar (Çernoqoriya) - Qarabağ (Azərbaycan) 0:1
Qol: Reynaldo Silva, 57 (ötürmə - Ansi Aqolli).
Rudar: 1. Miloş Radanoviç, 3. Corce Curiç, 8. Marko Vukoviç (18. Stevan Relyiç, 78), 9. İvan Knejeviç, 10. İqor İvanoviç, 11. Duşan Nesteroviç, 14. Predraq Brnoviç, 15. Radule Jivkoviç, 16. Miroye Yovanoviç (2. Alfonse Soppo, 81), 17. Mirko Radişiç, 20. Nedeliko Vlahoviç (k).
Ehtiyat oyunçular: 12. Marko Lazareviç, 4. Vladan Qordiç, 6. Deyan Damyanoviç, 7. Jeliko Tomaşeviç, 13. Miliya Qoluboviç.
Baş məşqçi: Mikro Mariç.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli (18. İlqar Qurbanov, 64), 55. Bədavi Hüseynov, 67. Alharbi Əl Jadeyui ( 77. Cavid Tağıyev, 56), 91. Coşqun Diniyev (11. Elvin Məmmədov, 79).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 29. Raydell Poepon, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Nedeliko Vlahoviç, 44. İvan Knejeviç, 54. Radule Jivkoviç, 64.
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Martin Venev, Nikolay Yordanov (Bolqarıstan).
UEFA hakim-inspektoru: Françesko Byanki (İsveçrə).
UEFA nümayəndəsi: Tuqomir Frayman (Sloveniya).
Petrovaç. “Pod Malım Brdom” stadionu.
"Qarabağ"ın qara bəxti - "Seltik"
Mediatv.az
