Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (18-07-2015, 16:06)
“Seltik”in baş məşqçisi: “Qarabağ”la, yoxsa “Rudar”la düşməyimiz məni maraqlandırmır

“Növbəti mərhələdə “Qarabağ”la, yoxsa “Rudar”la qarşılaşacağımız hazırda məni maraqlandırmır”. Apasport.az saytının məlumatına görə, bunu “Seltik”in baş məşqçisi Ronni Deyla deyib.

 

UEFA Çempionlar Liqasında “Rudar”la qarşılaşan “Qarabağ” Monteneqro çempionunu mübarizədən kənarlaşdıra bilsə, III mərhələdə Şotlandiya klubu “Seltik”lə üz-üzə gələ bilər. Bunun üçün “Seltik” də “Styarnan” (İslandiya) səddini keçməlidi.

 

“Seltik”in çalışdırıcısı növbəti potensial rəqibləri barədə geniş şərh verməkdən boyun qaçırıb. 40 yaşlı norveçli mütəxəssis hazırda yalnız “Styarnan”la cavab görüşünü düşündüyünü bildirib: “III mərhələyə hələ çox var. İlk növbədə biz mərhələni adlamalıyıq. Bunu bacarsaq, ondan sonra rəqib barədə geniş danışa, araşdırma apara bilərik. Bircə onu deyə bilərəm ki, Çempionlar Liqasında zəif rəqib olmur. Öz oyunumuza gəlincə, “Styarnan”la matçda futbolçulardan razı qaldım. Daha çox qol vurmalı idik, ancaq 2:0 hesabı da bizim üçün ciddi üstünlükdü”.

 

Qeyd edək ki, “Qarabağ”la “Rudar” Bakıdakı matçda qolsuz bərabərə qalıblar. Bu komandalar arasında cavab görüşü iyulun 22-də keçiriləcək.

 

 

Mediatv.az 

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025