Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (26-06-2015, 19:06)
“Bakı 2015”in bağlanışı belə olacaq - Video

İlk dəfə keçirilən Avropa Oyunlarının bağlanışını bayram etməyə getdikcə yaxınlaşırıq

 

Bazar günü gündüz saatlarında Azərbaycanın paytaxtında 17 gün davam edən intensiv yarışların son günü olacaq. 

 

Bakı 2015-in son qızıl medalları öz sahiblərini tapacaq.

 

Bütün diqqətlər isə Bağlanış Mərasimi üçün yenidən Olimpiya Stadionuna yönələcək. Ölkə sakinləri, avropalı idmançılar və qonaqlar Xəzər dənizinin yaxınlığında baş tutacaq Açılış Mərasimi ilə eyni dərəcədə unudulmaz tədbirin şahidi olacaqlar.

 

Avropa Oyunları başa çatacaq, lakin onun ruhu daim yaşayacaq. Olimpiya Stadionu Bakı 2015-in Alovunun bu tədbirin iştirakçısı olanların ürəyində sönməməsini təmin edəcək ikinci möhtəşəm mərasimi qəbul etməyə hazırlaşır.

 

Möhtəşəm tədbirin keçirildiyi stadionun tikilməsinə 20,5 milyon saatdan çox əmək sərf olunub. Bazar günü stadion axşam saatlarında başa çatmaqda olan Oyunların emosiyalarına və səmanı bəzəyən 10 min pirotexniki qurğunun səslərinə bir daha qərq olacaq. 

 

Bakı 2015-in Bağlanış Mərasimi barədə əlavə faktlar:

 

Stadionun daxilində 250 metr uzunluğunda 7,5 ton ağırlığa tab gətirən xətlər çəkilib

 

Üç səhnədə istifadə ediləcək 450 m2- lik LED döşəmə plitələri

 

Mərasimin təşkil edilməsi üçün 20 ölkədən 500-dən çox yük maşını ilə və hava yolu ilə gətirilmiş 100 ton həcmində yük

 

800 səsgücləndirici və səs sistemi üçün 25 km uzunluğunda naqil

 

2000-dən çox işıqlandırma qurğusu

 

Çəkiliş və işçi heyəti tərəfindən istifadə ediləcək 12 mindən çox qulaqcıq və 180 mindən çox akkumulyator

 

2011-ci ildən etibarən Olimpiya Stadionunun tikintisinə 20,5 milyon saat əmək sərf olunub

 

10 min ədəd pirotexniki qurğu

 

Mərasimin möhtəşəm atəşfəşanlıq səhnəsinin hazırlanması üçün sahədə 5 min saat əmək sərf olunub

 

Atəşfəşanlığın musiqi ilə sinxronlaşdırılması üçün 200 saatlıq proqramlaşdırma işi həyata keçirilib

 

Stadionun dam örtüyündə 120 ədəd pirotexniki işəsalma qurğusu yerləşdirilib.

 

 

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
10 05 2024
10 05 2024
10 05 2024