İdman / Slayd (2-06-2015, 16:11)
“Bakı-2015” I Avropa Oyunlarının məşəli Bakıya qayıdır
“Bakı-2015” I Avropa Oyunlarının məşəlinin iyunun 12-də keçiriləcək açılış mərasimində Olimpiya Stadionuna gətirilməsindən əvvəl iyunun 7-10-da paytaxt Bakıdan keçəcəyi marşrut açıqlanıb
Mediatv.az-ın məlumatına görə, bu gün bununla bağlı mətbuat konfransı keçirilib. Tədbirdə Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015”-in İcraçı direktoru Azad Rəhimov, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Mərasimlər şöbəsinin direktoru xanım Katerina Uqvu və digər qonaqlar iştirak ediblər.
Konfransda məlumat verilib ki, iyunun 7-də yenidən qurulmuş Ağ Şəhər bulvarına, Neftçilər prospektinə və Dövlət Bayrağı Meydanına səfər etməzdən əvvəl məşəl qayıqda möhtəşəm mərasimlə Bakıya gətiriləcək. Sonra məşəl Bakıda qalacağı bir gecəlik müddət üçün Qız Qalasına aparılacaq.
Bazar ertəsi iyunun 8-də məşəl “Bakı-2015” Avropa Oyunlarının keçiriləcəyi doqquz məkandan keçəcək. Həmin məkanlara Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına Stadion, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosiped Veloparkı daxildir.
“Bakı-2015”-in məşəli çərşənbə axşamı iyunun 9-da bir çox tarixi önəmli binalara aparılaraq, UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən gözəl İçəri Şəhərə səyahət edəcək. Buraya UNESCO-nun Azərbaycan arxitekturasının mirvarilərindən biri kimi adlandırdığı məşhur Şirvanşahlar Sarayı da daxildir.
Məşəlin növbəti səfəri iyunun 10-da, çərşənbə günü Bakının mədəniyyət və memarlıq obyektlərinə - Nizami küçəsinə, Fəvvarələr meydanına, Mərkəzi Parka (Qış Parkı), Filarmoniya Parkına və nəhayət, Funikulyorun yuxarı hissəsində yerləşən Dağüstü Parka ediləcək.
“Bakı-2015”-in məşəli iyunun 11-də final üçün Qız Qalasından götürüləcək və iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Sadko limanına aparılacaq.
Azərbaycanın gənclər və idman naziri və “Bakı-2015”-in İcraçı direktoru Azad Rəhimov tədbirdə çıxış edib.
O, Avropa Oyunları ilə bağlı məlumatlar verib və jurnalistlərin suallarını cavablandırıb: "Oyunların başlamasına 10 gün qalıb. Artıq Bakı bütün qonaqlarını qarşılamağa hazırdır. Bütün idman kompleksləri artıq tam şəkildə bitib. Məşəlin səfəri bütün ölkədə azərbaycanlıların ürəyinə “Bakı-2015” ruhunu gətirib. Məşəl Bakıya gəlməzdən əvvəl ölkənin daha 60 bölgəsinə səfər etmiş olacaq və əhalinin 99 faizinə göstəriləcək. Bu oyunların ilk dəfə Bakıda keçirilməsi, bütün Avropanın diqqətinə buraya yönəlməsi anlamına gəlir. Bu da bizi daha da məsuliyyətli olmağa sövq edir".
Tədbirdə həmçinin Prezident İlham Əliyevin “Bakı-2015” I Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində necə alovlandırıldığına dair videoçarx nümayiş etdirilib.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komtəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə bildirdi ki, Avropa Oyunlarının açılış mərasiminə az bir müddət qalsa da, "BEGOC" artıq bir çox sahələrdə əməliyyatları tam həcmdə aparıb: "Məşəl Azərbaycanın hər bir bölgəsinə səyahət etdirildi və marşrut elə seçildi ki, o ölkə əhalisinin hər bir sakininə göstərilsin. Oyunların başlama günü yaxınlaşdıqca həyəcan daha da artır. Bakı artıq idmançıları qəbul etməyə hazırdır. Paytaxtda ecazkar Avropa Oyunlarını izləyəcəksiniz”.
S.Kleq bilet satışı ilə bağlı da danışıb: "Biletlərin satışı uğurla gedir. Açılış mərasimində stadionun tam dolacağını demək olar. Hazırda bu mərasim üçün biletlərin 80 faizindən çoxu satılıb. Boks, güləş yarışlarının da keçiriləcəyi arenalarda satış daha yüksəkdir. Digər arenalarda da belə alıcılığın olacağını düşünürəm”.
Tədbirin sonunda Azərbaycan güləşçisi, yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya Oyunlarının qızıl medalçısı, yunan-roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Fərid Mansurov simvolik şəkildə məşəli qaldırıb. Və Azad Rəhimovla birgə xatirə şəkli çəkdiriblər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024