Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (13-05-2015, 11:46)
Xorvat velosipedçiləri Bakıya yola düşüblər

Xorvat velosipedçiləri Bakıya yola düşüblər

 

Azərbaycan Respublikasının Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Velosiped Federasiyanın dəstəyi ilə həyata keçirilən “Bakı 2015 İlk Avropa Oyunlarına Velosipedlə” adlı layihə çərçivəsində Xorvatiyanın “Pedalinac” velosiped klubunun üzvləri may ayının 5-də Xorvatiyanın Dubrovnik şəhərindən Bakıya yola düşüblər. 

Avropa.info xəbər verir ki, layihə ilə əlaqədar Azərbaycan Respublikasının Xorvatiyadakı səfirliyi tərəfindən Bakıya səfər edəcək velosipedçilərin Dubrovnikdənyola salınma mərasimi təşkil olunmuş və mərasim Xorvatiyanın milli televiziyası HRT 1 kanalında geniş işıqlandırılıb.

Mərasimi açılış sözü ilə açan Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri Kamil Xasiyev Bakı 2015 - İlk Avropa Olimpiya oyunları kimi mötəbər yarışın Azərbaycanda keçirilməsinin tarixi hadisə olduğunu qeyd edərəkbu hadisənin bütün Avropa idmançılarının ümumi bayramına çevrildiyini bildirib. Səfir20 idman növü üzrə altı mindən çox idmançının mübarizə aparacağı İlk Avropa Olimpiya oyunlarına ölkəmizin yüksək səviyyədə hazırlaşdığını qeyd edərək, Olimpiya məşəlinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən alovlandırıldığını və məşəlin artıq ölkəmizdə səyahətdə olduğunu vurğulanıb.

 

Səfir K.Xasiyev Xorvatiyanın Bakı 2015 İlk Avropa oyunlarında geniş tərkibdə - 200 nəfərlik idman heyəti ilə təmsil olunacağını yüksək qiymətləndirib və Pedalinaç velosiped klubu üzvlərinin “Bakı 2015 İlk Avropa Oyunlarına Velosipedlə” layihəsinin Bakı İlk Avropa oyunlarının təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. 

Tədbirdə iştirak edən Dubrovnik şəhərinin merinin müavini layihənin Azərbaycanla Xorvatiya arasında mədəni-idman münasibətlərinin inkişafı baxımından əvəzedilməz olduğunu qeyd edib. 

Mərasim yerli ictimaiyyət və Dubrovnik şəhərində olan əcnəbi turistlər tərəfindən böyük maraqla qarşılanmış və velosipedçilər böyük alqışlarla Bakıya yola salınıblar.

Məlumat üçün bildirək ki, Xorvatiyanın velosiped idmanının və turizminin təşviqi ilə məşğul olan “Pedalinac” velosiped klubunun üzvləriXorvatiyanın Dubrovnik şəhərindən təqribən 4000 km-lik yürüş edərək Bakıda Birinci Avropa Olimpiya oyunlarının açılış mərasimində iştirak edəcəklər. Təxminən 35-40 gün davam etməsi nəzərdə tutulan yürüşün marşrutuXorvatiya - Monteneqro - Albaniya - Makedoniya - Yunanıstan - Türkiyə - Gürcüstan - Azərbaycan olacaq. 

Elnur Eltürk

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025