Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (6-04-2015, 17:25)
Olimpiya çempionu Bakıda ilk Avropa Oyunlarında iştirak etməyəcək

Sərbəst güləş üzrə 84 kq çəki kateqoriyasında 2012-ci il olimpiya çempionu, azərbaycanlı Şərif Şərifov Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak etməyəcək


“Təəssüf ki, ora düşmədim. Yeni çəkiyə təzə keçmişəm və hələ adaptasiya olmamışam. Komandanın lideri Hetaq Qazümovla “atışma” oldu, ona məğlub oldum, və müvafiq olaraq Avropa Oyunlarına düşmədim”, - Ş.Şərifov “İnterfaks” agentliyinə bildirib.

Onun sözlərinə görə indi, 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarına hazırlaşır.

“Əgər bu Oyunlara düşmədimsə, qarşıda böyük Olimpiada (Braziliyada) var, ona hazırlaşacam. Düşünürəm ki, Olimpiadada müsbət nəticə göstərəcəm”, - o deyib.

Bakıda Oyunlarda medal təqdim etmədən danışarkən, Ş.Şərifov bildirib ki, güləşçilər ölkəyə heç də az medal gətirməyəcəklər.

“Mən hamının yerinə danışmayacam, amma düşünürəm ki, güləşçilər yaxşı çıxış edəcək və ölkəyə heç də az medal gətirməyəcəklər. Güləş Azərbaycanda ən güclü idman növüdür, yığma daima birinci yerlərdədir. Amma digər ölkələrdən də zəif idmançılar gəlməyəcək, asan olmayacaq”, - o, deyib və Azərbaycan Oyunların nəticələrinə görə medal məqbulunda beşinci yeri tuta biləcəyini əlavə edib.

шаблоны для dle 11.2

Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025