Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (31-10-2023, 10:54)
İşdən çıxarılan məşqçinin yerinə baş katib əmisioğlunu gətirir? - Hələ tam rəsmiləşməsə də...

İşdən çıxarılan məşqçinin yerinə baş katib əmisioğlunu gətirir?
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan cüdo yığmasının böyük məşqçisi Mehman Əzizov işdən azad edilmişdi. DİA.AZ xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq onun yerinə təyinat da reallaşıb.

Hələ tam rəsmiləşməsə də, bu posta federasiyanın baş katibi Rəşad Rəsullunun əmisioğlu, gənclərdən ibarət yığmada köməkçi məşqçi işləyən Abdulhaq Rəsullunun təyin olunduğu bildirilir. Bu təyinatın isə yaxın günlərdə açıqlanacağı deyilir.

Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasına sorğu göndərsək də, cavab ala bilmədik. Federasiyanın mətbuat xidmətindən bildirildi ki, hər şey rəsmi şəkildə açıqlanacaq.

Qeyd edək ki, Mehman Əzizov ötən gün səbəb bildirilmədən işindən azad olunub. O, cüdo yığması ilə müqavilə imzalayarkən sözləşmədə federasiya tərəfindən istənilən vaxt işdən çıxarıla biləcəyi bəndi yer alıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024