Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman / Slayd (12-02-2015, 13:50)
“300 milyondan çox pul xərclənib” – Azad Rəhimov

“300 milyondan çox pul xərclənib” – Azad Rəhimov

Azərbaycan "Bakı-2015" ilk Avropa Oyunlarından sonra idman sahəsinin maliyyələşdirilməsini azaltmaq niyyətində deyil

 

Mediatv.AZ xəbər verir ki, bunu Trend-ə gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, ölkədə idmanın maliyyələşdirilməsi üzrə artıq xüsusi sistem qurulub ki, bunun da dəyişməsi bir qədər real görünmür: "İdman yarışlarının sayı ilbəil artır. Bununla yanaşı, 2016-cı ildə Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları keçiriləcək. Olimpiya Oyunlarına isə xüsusi hazırlıqlar gedir, idmançılar hazırlanır. Ehtiyat qüvvənin hazırlanması üçün lazımi işlər görülür. Təbii ki, bütün bunları nəzərə alsaq, idmanın maliyyələşdirilməsində hansısa dəyişikliklərin baş verə biləcəyinə inanmaq çətindir".
"Bakı-2015" Avropa Oyunlarının büdcəsinə gəlincə, nazir qeyd edib ki, bu, iki hissədən ibarətdir: "Birinci hissə 2018-ci ilə qədər təsdiq olunmuş investisiya proqramına daxildir. Burada bütün sahələrlə yanaşı, idmana da yer verilib. İkinci hissə isə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin büdcəsidir. Buraya maaşlar, texnologiya sistemləri, müvəqqəti qurğular, kommunikasiya, təbliğat işləri və gündəlik tələb olunan xərclər daxildir. Bütün bunlara 950 milyon manat ayrılıb ki, hazırda bu vəsaitin 300 milyondan çoxu xərclənib. İnvestisiyanın digər hissəsi isə 68 min nəfərlik Olimpiya Stadionu, Su İdmanı Sarayı, Stend Atıcılığı İdman Kompleksinin tikintisi üzrə işlərə yönəldilib".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024