Türkiyənin "Trabzonspor" futbol klubunun prezidenti Əhməd Ağaoğlu istefa verib.
Mediatv.az xəbər verir ki, bu barədə o, klubun rəsmi saytında açıqlayıb.
Onun sözlərinə görə, idarə heyətinin fikir ayrılıqları səbəbiylə mart ayının 2-də növbədənkənar ümumi yığıncaq keçirilib: "Əvvəlcə ümid edirəm ki, bu qərar klubumuza və ictimaiyyətimizə xeyirli olacaq. Bu gündən etibarən sağlam şəkildə konqresə hazırlaşmaq fikri ilə Trabzonspor Klublar Birliyinin sədrliyindən və bağlı şirkətlərimizdəki vəzifələrimdən istefa verdim".