İdman (24-01-2015, 11:30)
Azərbaycanlı qızlar oğlanları futbolda uddu
Dünən Binə stadionunda maraqlı oyun keçirilib
"Mediatv.az"-ın məlumatına görə, qızlardan ibarət futbol üzrə U-21 milli komandamız oğlanlardan ibarət U-21 yığmasını sözün əsl mənasında sınağa çəkib.
Matçda qızlardan ibarət milli komandamız 2:0 məğlub durumdaykən 3 qol vuraraq hesabı öz xeyirlərinə dəyişib.
Bununla da oyun Patrisia Qonzalezin qızlarının əzmkar qələbəsi ilə başa çatıb.
Bu hazırlıq görüşündə Sevinc Cəfərzadə 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Digər qolu isə Süsən Mənsimova vurub.
Oyunla bağlı komandanın aparıcı üzvlərindən yarımmüdafiəçi mövqeyində çıxış edən Sevinc Cəfərzadənin fikirlərini öyrəndik. Publika.az-a danışan Sevinc gərgin mübarizə getdiyini dedi:
“Əlbəttə, oyuna çıxmamışdan öncə özünə inam olmalıdır. Özümüzə inanmağımız sonda sözünü dedi. Oyunun birinci hissəsi bizim üstünlüyümüzlə keçdi. Amma adi səhvlərdən qapımızda 2 qol gördük.
Təbii ki, fasilədə məşqçi çatışmayan cəhətlərimizi bizə başa saldı. Patrisia Qonzalezin dedikləri 2-ci hissədə oyunumuzda da müsbət təsirini göstərdi, 3 qol vuraraq hesabı öz xeyrimizə dəyişdik. Düşünürəm ki, Andorra ilə keçirəcəyimiz oyundan öncə bu cür qələbə bizə çox lazım idi. İnşallah, qələbəmizin səsi Andorra millisi ilə oyundan sonra da gələcək”.
Qeyd edək ki, futbol üzrə 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması fevralın 13-dən 20-ə qədər İspaniyanın Tarraqona şəhərində təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi çərçivəsində yığma komanda fevralın 19-da Andorranın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025