Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (25-08-2020, 22:52)
MÜHARİBƏ DÖVRÜNDƏ SAĞLAMLIĞINI İTİRDİ, ATƏŞKƏS DÖVRÜNDƏ EVİ YANDIRILDI

 




Qarabağ əlilinə maddi ziyan vuranlar niyə istintaqa cəlb olunmurlar?
Qarabağ müharibəsinin od-alovu ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş Atif Əzimovun həyatında dərin iz buraxıb – yaralanıb, əlil olub. Hələ yaxşı günlərin qabaqda olduğuna, gec-tez düşmən üzərində qələbə qazanılacağına əmin olan Atif ailə qurmuş, ev-eşik salmış, ata olmuşdur.
Lakin acı tale ona ikinci dəfə sərt üzünü göstərmişdir. Onun Binə qəsəbəsindəki “Sovxoz” deyilən ərazidə yerləşən evi yanmış, külli miqdarda maddi ziyan çəkmiş, indi 3 azyaşlı uşağı ilə köməksiz vəziyyətdə qalmışdır. Onu yandıran əsas səbəb isə evini yandırmaqda şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb olunmamasıdır.
Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsi sakini Əzimov Atif isa oğlu Mediatv.az saytının redaksiyasına ünvanladığı ərizədən oxuyuruq: “Mart ayının 18-də Novruz bayramı ilə əlaqədar ailəlikcə Cəlilabada – ata yurdumuza getmişdik. Sərtləşdirilən karantin rejiminə görə hamılıqla geri qayıda bilmədik. Yalnız mən özüm arada iki dəfə Bakıya gəlib-qayıtdım. 03 may 2020-ci il tarixdə səhər saat 6:00 radələrində qonşularım mənə zəng edib xəbər verdilər ki, evim yandırılıb, təcili Bakıya gəlim. Mən çatanda artıq ev və əşyalarım tamamilə yanıb qurtarmışdı. Təqribən 10 min manatlıq maddi ziyan dəyib”.
Atif bildirir ki, faktla əlaqədar 8 iyul 2020-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb, hazırda araşdırma aparılır: “Hadisəni törətməkdə şübhəli bilinən Bəylər adlı şəxsin ifadəsi alınaraq sonra buraxılıb. Bəylər yanğını törətdiyini etiraf etmiş, həmçinin ifadəsində göstərmişdir ki, o, evə gələrkən qapı açıq olub. Mən rayona gedən zaman evimin açarını özümə yaxın bildiyim Fayaz adlı şəxsə etibar etmişdim. Ola bilməz ki, bu işdən onun xəbəri olmasın. Qonşulardan aldığım məlumatlara görə, evin yanmasında bir neçə şəxsdən şübhələnmək olar. Nədənsə polis idarəsi həmin adamlardan heç birini saxlamır...”
Suraxanı Rayon Polis İdarəsinin verdiyi 11 avqust 2020-ci il tarixli 096/3512-1220 nömrəli arayışla təsdiqlənir ki, Cahangirov Bəylər Ağamir oğlunun aralarında olmuş münaqişəyə görə Atif Əzimovun evini intiqam hissi ilə yandırdığı istintaqla müəyyən edilib. Suraxanı RPİ-nin müstəntiqi Vüqar Hadinin imzaladığı arayışda yanmış ev əşyalarının adlı siyahısı və hər birinin dəyəri də göstərilmişdir ki, bu da toplam 10210 (on mi iki yüz on) manat edir.
Əzimovun şikayətinin qayəsi budur ki. obyektiv araşdırma aparılsın, onun evini yandıran şəxslərin əhatə dairəsi dəqiq müəyyənləşdirilərək cəzalandırılsınlar, onların hesabına çəkdiyi ziyanın ödənilməsi təmin olunsun.    
      шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024