Hadisə (15-11-2019, 17:29)
İki qəzada iki nəfər öldü

Mediatv.az xəbər verir ki, yol qəzaları paytaxtın Nərimanov və Suraxanı rayonlarında qeydə alınıb.
Belə ki, günorta saatlarında Nərimanov rayonu, A.Nemətulla küçəsi yaxınlığında, Bakı şəhər sakini, 1989-cu il təəvəllüdlü Kamal Akif oğlu Alıyev “Opel” markalı avtomobillə piyada keçidində 1991-ci il təvəllüdlü Cavad Yaşar oğlu İbadovu vurub.
Nəticədə, piyada C.İbadov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Bir başqa hadisə isə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Orxan Rasət oğlu Məmmədov “Daewoo” markalı avtomobillə 1995-ci il təvəllüdlü Sahil Vidadi oğlu Qaybalıyevi və 1985-ci il təvəllüdlü Xəyyam Zülümxan oğlu Hümbətovu vurub.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. X.Hümbətovun həyatını xilas etmək mümkün olmayıb. S.Qaybalıyevin isə vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025