Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Karusel (14-08-2014, 12:12)
Qarabağ veteranı və arvadı özünü PA qarşısında yandırdı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ailənin “odlu etirazı”na məhkəmə qərarı ilə yaşadıqları evdən çıxarılmaları səbəb olub; PA-nın nümayəndəsi xəstəxanada etirazçılarla görüşüb

 

Avqustun 13-də səhər saatlarında Qarabağ müharibəsi veteranı Elçin Salahov yoldaşı Jalə Salahova ilə birgə Prezident Administrasiyası önündə özlərini yandırıblar.
Hazırda hər iki şəxs 5 saylı xəstəxananın yanıq şöbəsindədir.
Şöbədən “Azadlıq” radiosuna verilən məlumata görə, özünü yandıranlardan birinin vəziyyəti ağırdır: «33 yaşlı Jalə Salahovanın vəziyyəti çox ağırdır. Onun bədəninin 45 faizi yanıb, hazırda reanimasiya şöbəsindədir. 39 yaşlı Elçin Salahovun vəziyyəti nisbətən yüngüldür və o, palataya köçürülüb».
Xəstəxanadan onu da bildiriblər ki, adıçəkilən şəxslər evlərinin qanunsuz və kompensasiya verilmədən sökülməsinə etiraz olaraq özlərini yandırıblar. 
Virtualaz.org-un xəstəxanada olan əməkdaşı isə bildirib ki, Prezident Administrasiyasının işçisi özünü yandıran Sumqayıt sakinləri ilə görüşmək üçün xəstəxanaya gəlib. PA rəsmisi özünü yandıran ailə başçısı Elçin Salahovla təklikdə söhbət edib. Görüş barədə əlavə məlumat almaq mümkün olmayıb.
Elçin Salahovun bacısı Yeganə Mahmudova isə hadisənin səbəblərini virtualaz.org-un müxbirinə danışıb. Y.Mahmudova bildirib ki, qardaşının və onun həyat yoldaşının özlərini yandırmasının səbəbi evlərinin sökülməsi yox, yaşadıqları evdən çıxarılmaları və onlara ödənilməli olan məbləği ala bilməmələridir: “Qardaşım 2005-ci ildə öz bacanağı Abuzərdən qanuni sənədləri olan ev aldı. 10 min manat da pul vermişdi. Sumqayıtda Hacı Zeynalabdın Tağıyev qəsəbəsində olan həmin evə qeydiyyata da düşdülər. Sonra bacanaqları Rusiyaya getdi. Bunları aldatdı. Qardaşımgilin yaşadıqları evin bir neçə vərəsəsi çıxdı. Vərəsələr də elə bacanağı Abuzərin qardaş və bacıları idi. Onlar qardaşımı məhkəməyə verdilər. Aldıqları sənədlər məhkəmə tərəfindən etibarsız sayıldı. Məhkəmə onların evdən çıxarılması və qardaşımgilə zərərçəkən şəxs kimi 14 min manat pul ödənilməsi qərarını verdi. Lakin həmin evin vərəsələri olan şəxslər bu pulu ödəmədilər. Məhkəmə bir ay ərzində qardaşımın və ailəsinin evdən çıxarılmasını tələb edir. İmkansız ailədir. Süründürməçilikdən beziblər. Məhkəmə onların əleyhinə qərar çıxardı, pullarını da ala bilmədilər. Ancaq belə bir addım atacaqlarını gözləmirdik”.
Onun sözlərinə görə, qardaşı 1992-1997-ci illərdə Tərtərdə cəbhə bölgəsində döyüşüb. Digər qardaşı isə Qazaxda hərbi xidmətdə olub.
Y.Mahmudova qardaşının rəssam, həyat yoldaşının isə evdar qadın olduğunu deyib.
“Prezident Administrasiyasından gələn nümayəndəyə, prokurorluq və polis əməkdaşlarına problemlərim haqda danışdım. Məni diqqətlə dinlədilər. Məsələni araşdıracaqlarını, şikayətimizə baxılacağını dedilər”.
Bunu virtualaz.org saytına açıqlamasında həyat yoldaşı ilə birgə özünü Prezident Administrasiyasının qarşısında yandıran Elçin Əlimuradoğlu deyib.
Bel nahiyəsinin və ayaqlarının daha çox yandığını deyən E.Əlimuradoğlu hazırda ona sistem qoşulduğunu və narahat olduğundan danışa bilmədiyini söylədi.
E.Əlimuradoğlu həyat yoldaşı Jalə Salahovanın vəziyyətinin daha ağır olduğunu və onun hələ də reanimasiyada saxlanıldığını da bildirdi.
шаблоны для dle 11.2

Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025