Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Slayd (6-07-2014, 19:34)
"Hafka" qaçarkən saxlanıldı?! - İş adamı haqda şok xəbər

 

Son günlər adı qalmaqallarda hallandırılan "Bakı" futbol klubunun prezidenti, məşhur iş adamı Hafiz Məmmədov (Hafka) ölkədən qaçarkən saxlanılıb. Bu barədə etibarlı mənbədən "Qaynar.info"ya məlumat daxil olub. 

 

Mənbə bildirib ki, Hafiz Məmmədov ölkədən qaçarkən hüquq-mühafizə orqanları tərəfindən Bakı Hava Limanında saxlanılıb. Onun konkret hansı səbəbdən saxlandığı bəlli deyil. Hazırda onun nəzarətdə olduğu və sorğu-suala çəkildiyi bildirilir. 

 

Xatırladaq ki, "Bakı"nın sahibi Hafiz Məmmədovun adı son günlər qalmaqallarda halanırdı. Belə ki, "Baglan Qrup"un prezidentinin biznes fəaliyyətindəki "axsamalar", ölkədə ən güclü futbol klublarından biri hesab olunan "Bakı" futbol klubunun bazasının satışa çıxarılması, "Bank of Azerbaijan" ətrafında yaranan böhran və Məmmədovun Nəqliyyat naziri Ziya Məmmədovla əlaqələri medianın gündəmindən düşmürdü. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Orxan Mansurzadə bu barədə məlumatlı olmadığını bildirib.

 


шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024