Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (19-05-2014, 20:34)
əlilabadda baş verən ailə faciəsinin- Təfərrüatlar

əlilabadda baş verən ailə faciəsinin- Təfərrüatlar

 

Cəlilabad rayonunda baş verən ailə faciəsi ilə bağlı xəbər vermişdik. 

 

“Mediatv.az”ya daxil olan məlumatda ailə facisəinin təfərrüatları bəlli olub. Məlumatda bildirilir ki, Cəlilabad rayonunda 2 nəfərin ölümünə səbbə olan ailə faciəsinin səbəbləri ilikin olaraq Bayram və Rasim Əsədov Qardaşlarının quyuda işləyən zaman su nasosundan ayrılan dəm qazından zəhərlənmələri əsas göstərilmişdi. Əslində hadisənin nüvəsində Əsədov qardaşlarınının hansı səbəblərdən illər əvvəl qazılmış quyunun içinə girmələri dayanmalıdır. Quyularda su tükənir, alternativ vastə kimi isə hələ sovetlər dönəmində inşa olunmuş kanallara isə su verilmir. Bəli, su problemi Cəlilabad rayonunda bir ailədə, yox rayon səviyyəsində mövcud olan əsas problem olaraq qalır. Əsasən kənd təsərrüfatı ilə məşğul olan rayon sakinləri yaz mövsümündən bəri sahələri lazımınca suvara bilməyiblər. Ən acınacaqlı vəziyyət isə kartofçuluq təsərrüfatındadır. Ötən il hər hektardan 25 tondan yuxarı məhsul götürən yerli fermerlər bu il bu rəqəmin 5-6 ton civarında qəraqlaşacağını bildirilər. 

Məhsuldarlığın aşağı olmasını fermerlər artıq satış ərəfəsində olan kartof sahələrinin suvarıla bilməməlri ilə əlaqələndirirlər. Hazırda rayonda suvarılmada daha çox istifadə olunan mənbəyini Araz çayından götürən Bəhrəmtəpə kanalında da Suyun verilişi tamamilə dayandırılıb. Bu isə Hektarlarla əkin sahəsinin məhv olması və bu da sonda Fermerlərin müflisləşməsinə gətirib çıxara bilər. 

Qeyd edək ki, mövcud çətinliklıər bağlı həyacan təbili çalan Cəlilabad rayonunun Əliqasımlı, Qarazəncir, Ocaqlı kənd sakinləri səbr kasalarının dolduğunu bildirirlər. Sözüzügedən kənd sakinləri bir neçə gün öncə Su probleminin həll olunmamasına etiraz olaraq Ələt- Astara magistralında etraz aksiyası keçirməyə də cəhd ediblər. Lakin Cəlilabad suvarma Sistemləri İdarəsi rayon ərazisində tezliklə suyun veriləcəyini bildirməklə kəndliləri fikrindən daşındıra bilib. Lakin verilən vədlərə baxmayaraq Bəhrəmtəpə kanalında bu günə kimi hələ də su yoxdur. Alternativ vastə kimi hər bir şəxs həyətində və ya əkin sahəsində əl quyuları qazmağa çalışırlar. O quyular da bəzi hallarda elə onu qazan kəndlilərin məzarına çevrilir. Elə Öz qazdıqları Quyuya düşən Rasim və Bayram Əsədov qardaşları kimi...

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024