Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Slayd (13-05-2014, 21:17)
Başçının müavini 3 nəfəri vurdu – Sürət 130 olub + 1 ölü+Yenilənib

Başçının müavini 3 nəfəri vurdu – Sürət 130 olub + 1 ölü+Yenilənib

 

Sürəti o qədər çox idi ki, hətta avtomobil reklam lövhəsinə dəydikdən sonra 3-4 metr hündürlüyə qədər göyə qalxdı 

 

Səbael rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun müavini Yavər Allahverdiyevin törətdiyi 2 nəfərin ağır yaralanmasına, 1 nəfərin isə ölümünə səbəb olan qəza ilə bağlı hadisə şahidləri danışıb. 

“Mediatv.az” azxeber.com-a istinadən xəbər verir ki, Yavər Allahverdiyev ötən gecə 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil ilə yol kənarında dayanan 3 piyadanı vurub. Piyadalardan biri hadisə yerindəcə vəfat edib. Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, xəsarət alanlar Zəfər Xəlilov və Xalid Cəbrayılovdur. Yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti isə məlum deyil. Hadisənin baş verməsindən sonra isə, İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev məsuliyyətin üzərində qalmaması üçün günahı sürücüsünün üzərinə atıb. O avtomobili sürücünün idarə etməsi ilə bağlı yalan məlumatlar ortaya çıxardaraq, istintaqı çaşdırmağa çalışıb. 

Hadisənin şahidi olan Emil adlı vətəndaş baş verənləri danışıb: “Qəzanı törədən maşın təxminən saatda 130-140 km sürətlə hərəkət edirdi. Əgər mən də 20-30 metr qabaqda getsəydim, həmin maşın məni də vuracaqdı. O sürəti azaltmağın əvəzinə piyadaların üstünə doğru hərəkət etdi. İlk olaraq səkinin üstündə hərəkət edən 3 piyadanı vurdu. Daha sonra həmin sürətlə reklam lövhəsinə çırpıldı. Onun sürəti o qədər çox idi ki, hətta avtomobil reklam lövhəsinə dəydikdən sonra 3-4 metr hündürlüyə qədər göyə qalxdı. Sonda isə 5-6 metr irəliyə gedib dayandı”. 

Hadisə şahidinin sözlərinə görə, avtomobili idarə edən şəxs elə Yavər Allahverdiyevin özü olub: “Mənim gördüyüm adam sizin hadisə ilə bağlı verdiyiniz sonuncu xəbərdəki şəkillə eynidir. Mən tez yaralılara kömək etməyə qaçdım. Demək olar ki, onlara heç kim kömək etmirdi. Bir neçə dəfə təcili yardıma da zəng vurdum. Onlar isə hadisə yerinə çox gec gəldilər. Demək olar ki, hadisə ilə maraqlanmaq da istəmirdirlər. Piyadalardan biri artıq keçinmişdi. Digərlərinin vəziyyəti isə çox ağır idi”. 

O, Yavər Allahverdiyevin hadisədən sonra kiməsə zəng etdiyini və bir müddət sonra “909” nömrəli ağ rəngli Land Cruiser markalı avtomobilin hadisə yerinə gəldiyini söyləyib: “Əvvəli yadımdan çıxıb. Amma sonu “909”la bitən ağ rəngli Land Cruser onun zəngindən bir müddət sonra hadisə yerinə gəldi. Land Cruser əzilən maşının yanındaca dayandı və onlar nəsə aralarında söhbət etməyə başladılar. Onu da deyim ki, onların ilk işi avtomobilin nömrəsini çıxarıb, gizlətmələri oldu.”  

Hadisə şahidi deyir ki, piyadalardan birinin anasının hadisə yerindəcə ürəyi gedib:   “Xəsarət alan piyadalardan birinin anasının fəryadı hələ də qulaqlarımdadır. Çox ağrılı və gözyaşardıcı hadisə idi”. Hadisə ilə bağlı hələlik heç bir rəsmi məlumat əldə etmək mümkün olmasa da, müxtəlif mənbələrin hadisəni törədən şəxsin  Yavər Allahverdiyev olması ilə bağlı iddiaları üst-üstə düşür. Hadisə şahidinin isə, Yavər Allahverdiyevin sükan arxasında olmasını təstiqləməsi, hadisənin məhz icra başçısının müavini tərəfindən törədildiyini bir daha sübut edir.  

Səbail Rayan İcra Hakimiyyətinin informasiya təminatı və təhlili şöbəsinin müdiri İsrafil Kərimov adı qəzada hallanan 10 AS 509 dövlət nömrə nişanlı avtomobilin həqiqətən Səbail Rayaon İcra Hakimiyyətinin tabeliyində olduğunu və icra başçısının müavini Yavər Allahverdiyevin xidməti maşını kimi istifadə olunduğunu təsdiqləyib.

İsrafil Kərimov “Mediatv.az”ya açıqlamasında başçının müavinin qəza törətməsi haqda xəbərin yalan olduğunu deyib: “Bununla bağlı yayılan xəbər yalandır. Qəza baş verən vaxt Yavər Allahverdiyev orada olmayıb, avtomobili o, idarə etməyib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb və hazırda istintaq aparılır”. 

şərh yaz

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024