Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (24-12-2016, 20:14)
Azərbaycanlı hakerlər təxminən 5 min erməninin elektron poçtunu sındırıblar

Azərbaycanın “Anti-Armenia Team” kiberqruplaşmasının üzvləri təxminən 5 min erməninin elektron poçtunun sındırıldığını bəyan ediblər. Hakerlər bu hücumun təfərrüatlarını bölüşməyiblər, bircə onu dəqiqləşdiriblər ki, sındırılmış poçt qutularına giriş fişinq hücumlarının nəticəsində mümkün olub.

Mediatv.az bildirir ki, bu barədə “SecurityLab” xəbər verib.

Sübut kimi qruplaşma hücum nəticəsində zərər görmüşlərin parolları və loginlərini ehtiva edən məlumat bazasının bir fraqmentini nümayiş etdiriblər.

Hakerlərin sözlərinə görə, onların əlinə “vacib informasiya” düşüb. Yaxın gələcəkdə “Anti-Armenia Team” hücum nəticəsində əldə edilmiş 450 GB məlumatı açıqlayacağına söz verib.

Xatırladaq ki, bu ilin sentyabr ayının əvvəllərində “Anti-Armenia Team” qruplaşması Ermənistan hökumətinin istifadə etdiyi serverləri sındırmış, ölkəyə daxil olmuş əcnəbilərin pasport məlumatlarını oğurlayaraq dərc etmişdi. Cari ilin əvvəllərində hakerlər 47 erməni saytına, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyinin saytına hücum etmişdilər. Ermənistanın ABŞ, Rusiya, Argentina, Avstriya, Belarus, Belçika, Braziliya, Bolqarıstan, Kanada, Çin və s. kimi ölkələrdə yerləşən səfirlikləri və konsulluqlarının saytları hücuma məruz qalmışdılar. 

шаблоны для dle 11.2

Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024