Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (14-11-2016, 14:12)
Beynəlxaq Bankın Rusiyada batan pulları

dollar1

Azərbaycan Beynəlxaq Bankıdan kredit götürmüş bir sıra xarici şirkətlər borcu qaytarmaqda problemlə üzləşiblər.

Mediatv.az bildirir ki, “Aqrarkredit” ASC Rusiyadakı borclularla məşğul olmaqdan ötrü Rusiyanın «Vertical Capital» şirkətiylə razılaşma imzalayıb. Bu barədə Rusiyanın “kommersant.ru” saytı məlumat verib.

“Kommersant.ru”-nun yazdığına görə, «Vertical Capital» Azərbaycanla razılığa əsasən, Rusiyada bir neçə problemli kreditlə işləyir və onların ümumi məbləği 1 milyard dolları keçib.

«Vertical Capital»ın sayta verdiyi məlumata görə, Babayev qardaşlarının Sankt-Peterburqdakı beşulduzlu «Hermitage» oteli, İsraildə Xixinaşvililər ailəsinə məxsus «Diamond» sintetik almaz istehsalı və elektrostansiya layihəsi (81 milyon dollar), qazax biznesmen Jomart Kamenovun bir neçə layihəsi (180 milyon dollar), Rusiyanın nəhəng şərab idxalçısı «Mistral Alko» (19 milyon dollar) və «Mistral Alko»nun keçmiş sahiblərindən biri, abxaziyalı sahibkar Levan Tuzba və onun strukturlarının (400 milyon dollar) Azərbaycan Beynəlxalq Bankına borcu qalır.

“Borclular krediti qaytarmaq iqtidarında olmayanda, kreditə zamin duran şəxsə müraciət edilməlidir”, – deyə, «МЭФ-Аудит»in layihə rəhbəri Aleksandr Ovesnov Kommersant.ru-ya müsahibəsində deyib. “Həmin şirkətlərin də kreditlərə zamini, yəqin ki, qeyd edilib, əlbəttə, əgər bankın bu şirkətlərlə xüsusi əlaqəsi olmayıbsa”. A.Ovesnovun sözlərinə görə, krediti qaytara bilməyən şirkətləri subsidiar məsuliyyətə cəlb etmək olar, amma bu da asan deyil və yalnız borclu şirkət müflisləşdiyi halda mümkündür.

шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024