Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (7-10-2016, 11:48)
Milyonçu iş adamı Çovdarovun adı keçən məhkəmədə ifadə verdi - 20 milyonluq fırıldaq

Milyonçu iş adamı Çovdarovun adı keçən məhkəmədə ifadə verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mediatv.az bildirir ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə baxış iclası baş tutub. Zərərçəkmiş Gülağa Qəmbərov (Şair Gülağa Tənha) istintaqa verdiyi ifadəsini təsdiq edib: "Mən 19,5 milyon pulu İlham müəllimə verdim. Bugünkü problemləri o yaradıb. Ona dedim ki, oliqarx adamsan, 1 milyon xərcləmisən, nolsun ki? Bu olanlar sənə lazım idi? İlham Qasımov 10 milyona ev tikməli idi, əlavə 5 milyon da işləri tamamlamaq üçün aldı. Camaatın bir hissəsi köçəndən sonra yenə dedi pul lazımdı. Məni aparıb bir tikinti gedən ərazini göstərdi, dedi bax, biz burdan çoxlu pul qazanacağıq. Mən təcili banka zəng etdim, ordan 3 milyon dollar pul götürdüm. Sonra tikinti sahəsində olan Cəbrayıl müəllimdən soruşdum ki, belə bir adamla iş görürəm. Dedi İlham mənə 2 milyon pul atıb. Mənə göstərdiyi yer də Şakir adlı adamın imiş, o da insanları aldatdığı üçün həbsdədir.

Cəbrayıl müəllim dedi ki, Şakir "yuxarılara" atdığı üçün o ərazini heç kim ala bilməz, pul qoysan batacaq. Mən bunu İlhama deyib pulumu istəyəndə məni, ailəmi təhqir etdi. Buna görə vəkilim vasitəsilə lazımi yerlərə müraciət etdik. Onda da məni şantaj etməyə başladı. İlham SOCAR-a da 7 milyon dollar “atıb”, təxminən pul atdığı 40 nəfər hələ polisə şikayət etməyib. Amma bundan hələ 1 manat da ala bilməmişik”.

Qeyd edək ki, İ.Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-
cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024