Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Karusel (3-05-2014, 19:23)
Fazil Məmmədovun işçisi adam öldürüb

 

Aprelin 12-də Fatmayı qəsəbəsində Vergilər Nazirliyinin şöbə müdiri Zəka Məstəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə velosiped sürən həmyerlisi Kənan Əliməmmədovu vurub; ortada ölüm faktı olsa da vergilər nazirinin müdaxiləsindən sonra qəza ilə bağlı cinayət işi açılmayıb

Vergilər Nazirliyi yanında Xüsusi rejimli vergi xidməti Departamenti Xüsusi Vergi rejimli müəssisələrin auditi şöbəsinin rəisi Zəka Məstəliyev Abşeron rayonunun Fatmayı kəndindəki bağ evinə gedərkən qəza törədib. Yüksək sürətlə hərəkət edən Z.Məstəliyev velosiped sürən Kənan Əliməmmədovu vurub. Bu barədə “Yeni Müsavat”a Fatmayıdakı mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, K.Əliməmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb: “Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və qəzadan 4 gün sonra dünyasını dəyişib. Z.Məstəliyev əslən Fatmayıdan olsa da, özü şəhərdə yaşayır. Ancaq kənddə böyük bağ evi var və tez-tez kəndə gedib-gəlir”.
 
Mənbə onu da bildir ki, ortada ölüm faktı olmasına baxmayaraq faktla bağlı cinayət işi açılmayıb və Z.Məstəliyev azadlıqdadır: “Bu da kənddə müxtəlif şayiələrin yayılmasına səbəb olub. Bəzi şayiələrə görə, Z.Məstəliyevin azadlıqda olması vergilər naziri Fazil Məmmədovun onu himayə etməsi ilə bağlıdır. Hətta bəzi məlumatlara görə, hadisə baş verən zaman Z.Məstəliyev içkili vəziyyətdə olub”. 
Hadisə ilə bağlı Daxilli İşlər Nazirliyinin saytında da rəsmi məlumat verilib. Məlumatda deyilir: “Aprelin 12-də Abşeron rayonu Fatmayı qəsəbəsinin ərazisində qəsəbə sakini Zəka Məstəliyev idarə etdiyi ”Hyundai" markalı avtomobillə velosiped sürən həmyerlisi Kənan Əliməmmədovu vurub. K.Əliməmmədov aprelin 16-da xəstəxanada ölüb". (http://www.mia.gov.az/?/az/pressreliz/view/37665/).
Göründüyü kimi, nazirliyin rəsmi saytında cinayət işinin açılması və qəzanın səbəbləri barədə heç nə deyilmir. Kənddəki mənbə iddia edir ki, məhz bu məqam hadisənin ört-basdır ediləcəyindən, gəncin qanının batırılacağından xəbər verir.
Son vaxtlar məmur və ya onların övladlarının törətdikləri avtoqəzalara görə sərt cəzalandırılması faktları var. Məsələn, martın 15-də Zığ şossesində məşhur tarzən, xalq artisti Ağasəlim Abdullayevin özünün və ailəsinin olduğu avtomobillə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “Mercedes-Benz G-55" markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşub. Nəticədə A.Abdullayevin xanımı və azyaşlı nəvəsi həlak olmuşdular. Yol-nəqliyyat hadisəsinin Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Mübariz Mədətov isə məhz buna görə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib. 
Aprelin 19-da Zığ şossesində avtoxuliqanlıq edən polis əməkdaşı Tural Həsənovun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib. 
T.Həsənov və dostu isə avtoxuliqanlıq etdiklərinə görə məhkəmənin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib. Daxili işlər naziri Ramil Usubovun əmri ilə T.Həsənov polis orqanlarından da xaric olunub.
Bu hadisələrin ardınca Z.Məstəliyevin məsuliyyətdən yayına bilməsi təəccüb və təəssüf doğurur. “Yeni Müsavat” məsələ ilə bağlı kiçik bir araşdırma aparıb. Vergilər Nazirliyindəki mənbələrdən aldığımız məlumata görə, Z.Məstəliyev vergilər naziri Fazil Məmmədovun ən yaxın adamlarından biridir. Mənbə bu haqda deyir: “Xüsusi rejimli vergi xidməti Departamenti Xüsusi Vergi rejimli müəssisələrin auditi şöbəsinin rəisi faktiki statusuna görə ikinci şəxs sayılır və birbaşa nazirə hesabat verir. Z.Məstəliyevin missiyası iri dövlət və özəl şirkətlərdə (məsələn, ”Azəernerji" ASC, Dövlət Neft Şirkəti, Bakı Metropoliteni, “Azercell”, “Bakcell”, banklar və s.) Təbii ki, belə şirkətlərdə audit aparan şəxs təsadüfi adam ola bilməz. Burada etibarlılıq və sadiqlik ön sıradadır. Bu amil də Z.Məstəliyevi cinayət məsuliyyətindən xilas edib. F.Məmmədovun müdaxiləsindən sonra onun haqqında cinayət işi açılmayıb".
Bununla bağlı araşdırmalarımız davam edir və yazıda adıçəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024