Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (1-02-2016, 23:30)
Cahangir Hacıyevin yaxın adamı vəzifəsindən getdi

cahangir_haciyev

Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” Balabəy Balabəyovun bankın idarə heyətinin sədr müavini vəzifəsindən getdiyini elan edib.

Mediatv.az-ın məlumatına görə, virtualaz.org xəbər verir ki, Balabəyovun “öz ərizəsi əsasında” vəzifəsindən getdiyi açıqlanıb.
Balabəy Səfərbəy oğlu BalabəyovCahangir Hacıyevin banka təyin etdiyi menecer komandasının üzvlərindən idi və idarə heyətinin iki sədr müavini vəzifəsindən birini tuturdu. İdarə heyətinin digər sədr müavini Rafael Abbasovdur.
“MBA-Moskva”nın idarə heyətinin sədri Fuad Abdullayev ötən ilin noyabrında istefa verib. Onun əvəzinə banka Emin Əfəndiyev rəhbər təyin olunub. Fuad Abdullayevin idarəçiliyi dövründə “MBA-Moskva” problemli kreditlər üzrə Rusiyanın 100 kommersiya bankı arasında ikinci yerə qalxmağa “nail olub”. Cahangir Hacıyevin bankdakı komandasının əməlləri barədə virtualaz.org saytı bundan əvvəlki buraxılışlarında araşdırmalarla çıxış etmişdi.

Hazırda bankdan uzaqlaşdırılan Balabəyova gəldikdə isə onun barəsində Cahangir Hacıyevin yaxın adamlarından olmasından başqa geniş məlumat yoxdur. Bununla belə Balabəyovun soyadını daşıyan (dəqiqləşdirə bilmədiyimiz məlumata görə qardaşıdır-red.) Yaşar Balabəyovun adı hələ 2012-ci ildə C.Hacıyevin adamlarına məxsus “Bakı Fındıq Emalı” ASC-in Beynəlxalq Bankdan saxta sənədlərlə 20 milyon manatı kredit adı altında alaraq mənimsənilməsi işində keçirdi. Həmin iş Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb, çıxarılan hökm isə gizli saxlanılmışdı.

İş üzrə məhkəmə materiallarında deyilirdi ki, Balabəyov Yaşar “Bakı Fındıq Emalı” MMC-nin Xaçmaz filialının rəisi vəzifəsində işləyərkən Beynəlxalq Bankdan alınan vəsaitlərdən saxta sənədlərlə 554 min manatı mənimsəyib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024