Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Slayd (26-12-2015, 13:14)
“Qara kəmər” əməliyyatı yenidən istintaqda

“Qara kəmər” əməliyyatı yenidən istintaqda - gizli qalmış məmur tutulub

 

“MTN işi”ndə gözlənilməz gəlişmə: “Osminoq” kimdir?; Hacı Məmmədovun bandasının hədəfində olan adamların telefonlarının dinlənilməsini Rabitə Nazirliyinin yüksək vəzifəli şəxsləri ötürüb; bildirilir ki, “Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayev məhz dəstə ilə əlaqəyə görə həbs edilib - onu 10 il əvvəl kim qoruyub... 

 

Mediatv.az xəbər verir ki, “Yeni Müsavat”a bilgili mənbənin verdiyi xəbərdə isə deyilir ki, MTN çetesinin qandallanması ilə “Qara kəmər” əməliyyatının ələ keçməyən fiqurantlarının həbsi gündəmə gəlib. Xatırladaq ki, H.Məmmədov özü də məhkəmədə etiraf etmişdi ki, o, cinayətkar dəstənin bir üzvüdür, digərləri ələ keçməyib və hələ də iş başındadırlar.
 
Qaynağımız iddia edir ki, Hacı Məmmədovun “osminoq” dediyi dəstənin üzvləri indi həbs edilirlər, bu səbəbdən də “Qara kəmər” işinin yenidən təzələnməsi gündəmə gəlib. Məlum olub ki, H.Məmmədovun dəstəsinə ciddi “informasiya dəstəyi” - yəni bandanın hədəfində olan adamların telefonlarının dinlənilməsi, onların hərəkət koordinatlarını ötürənlər sırasında Rabitə Nazirliyinin ( o zaman məhz belə adlanırdı) yüksək vəzifəli şəxsləri də olub.
Bildirilir ki, “Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayev məhz H.Məmmədovun dəstəsi ilə əlaqəyə görə həbs edilib. Rəsmi məlumatda Q.Bəybalayevin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanıldığı deyilsə də, mənbəmiz israr edir ki, “Azərpoçt”un sabiq rəhbəri H.Məmmədov işinə görə tutulub. “Axı necə ola bilər ki, korrupsiyada ittiham olunan Qəmbər Bəybalayevin həbsindən düz 20 gün sonra antikorrupsiya idarəsindən  ”Azərpoçt"a gəliblər. O zaman da yalnız bəzi maliyyə sənədlərini götürdülər. 
Bununla da yoxlama bitib. Əslində Qəmbər Bəybalayevin “Azərpoçt”da yeyinti etməyə ehtiyacı yox idi. Düzdür, onun Dubayda qurduğu şirkət Bakıya 80 dollardan kompüterlər gətirdib poçt şöbələrində 1800 manatdan quraşdırır. Amma onun digər işlərə qarışacağı yox idi, əsas işləri müavini Sübhan Kazımov (Əli Əhmədovun bacısı oğlu) görürdü.  O, Eldar Mahmudovla çox yaxın, həmişə birgə nərd oynayan adam idi".
 
Mənbəmizin sözlərinə görə, Hacı Məmmədovun dəstəsi ələ keçəndə Q.Bəybalayev “Aztelekom”da baş direktor işləyirmiş. “Aztelekom” hətta mobil telefonları da dinləmək imkanı olduğu üçün Hacı Məmmədova müəyyən informasiyalar ötürülüb. Qeyd edək ki, məhkəmə zamanı da törədilən qətllərdə bandanın bəzi şəxslərin yerini necə dəqiqliklə müəyyənləşdirməsi sirri kimi qalmışdı.
 
Bildirilir ki, Qəmbər Bəybalayev Eldar Mahmudovu hələ DİN-də işlədiyi vaxtdan tanıyırmış. Onlar isə sabiq rabitə naziri Nadir Əhmədov vasitəsilə tanış olublar. “Qara kəmər” əməliyyatında “Aztelekom”un  iştirakı üzə çıxsa da, məhz Eldar Mahmudovun qoruması sayəsində Q.Bəybalayev məsuliyyətdən yayındırılıb. İddia olunur ki, Q.Bəybalayev və digər rabitə çetesi uzun illər Eldar Mahmudova hətta MTN-dən də keyfiyyətli  xidmət göstəriblər.
 
Hacı Məmmədovun vəkilinin “Yeni Müsavat”a söylədikləri də “Qara kəmər” əməliyyatı zamanı məsuliyyətdən yayınanların yenidən istintaqa cəlb oluna biləcəyi xəbərlərini təsdiqləyir. Vəkil deyib ki, o, Hacı Məmmədovla bağlı qaranlıq məqamlara aydınlıq gətirilməsi üçün  Ali Məhkəməyə müraciət hazırlayır. Ali Məhkəmə isə yeni açılmış hallarla bağlı işi ləğv edə və məhkəməni hətta birinci instansiya məhkəməsinə qaytara bilər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024