Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bir qrup Nardaran qəsəbə sakinindən daxil olan ərizə əsasında Baş Prokurorluğa müraciət edib.
Mediatv.az xəbər verir ki, bu barədə APA-ya Ombudsman Aparatından məlumat verilib. Aparatdan bildirilib ki, ombudsman Nardaran qəsəbəsində baş vermiş son hadisələrdə saxlanılan şəxslərin ailə üzvlərinin onlar barədə məlumat almaq istəyi ilə bağlı Baş Prokurorluğa müraciət edib. Qeyd olunub ki, Ombudsman Aparatı tərəfindən qanuna müvafiq digər zəruri addımlar da atılacaq.
Qeyd edək ki, bir qrup Nardaran qəsəbə sakini ombudsman E. Süleymanovaya müraciət edib.