Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (15-12-2015, 11:40)
“”Günəşli” yatağındakı yanğın yaxın müddətdə söndürüləcək” – SOCAR

72c886e3ba152b09fe2bb7e0eab80376

 

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində quyulara keçən yanğın yaxın günlər ərzində tamamilə lokallaşdırılacaq.

Mediatv.az xəbər verir ki, bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.
“Yanğın bir neçə quyuya keçib. Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi və ABŞ-ın “Boots and Coots” şirkətinin mütəxəssisləri birgə addımlar atır. Quyulardan biri artıq demək olar ki söndürülüb. Lakin söhbət bir neçə, təxminən 5-6 quyudakı yanğının söndürülməsindən gedir. Hava şəraiti imkan verərsə, yaxın günlərdə yanğın tamamilə söndürüləcək”, – deyə dövlət şirkətindən bildirilib.
SOCAR-ın “Azneft” İstehsalat Birliyindən isə “APA-Economics”ə bildirilib ki, “Boots and Coots” şirkətinin sifarişi ilə gətirilən və “Günəşli” yatağındakı yanğını söndürməsində istifadə olunacaq zəruri avadanlıq bu gecə Bakıya gətirilib: “Artıq avadanlıqlar dənizə ötürülüb. “Boots and Coots” şirkəti hələ ki, yanğının söndürülməsinə iştirak etmir. Lakin avadanlıq şirkətin mütəxəssislərinə çatdırılan kimi, onlar tərtib olunan plana uyğun şəkildə yanğının söndürülməsinə qoşulacaq”.
İstehsalat Birliyinin rəsmisi əlavə edib ki, quyularda yanğının söndürülməsi ilə 6 gəmi məşğuldur.
“Azneft” o da bildirilib ki, “Günəşli” yatağında baş verən yanğının nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən “Neft Daşları”nın 3 əməkdaşının axtarışları davam etdirilir. Hazırda axtarışlar 3 helikopter vasitəsilə aparılır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024